adalet.az header logo
  • Bakı -°C
18 Sentyabr 2026 08:12
42
ANALİZ
A- A+

Xankəndi, Xocalı, Xocavənd və Ağdərə üçün yeni tarix

Təqvim təkcə tarix deyil, eyni zamanda yeni bir dövrün başlanğıcıdır. Təqvimizin 20 sentyabrı da məhz belə tarixi günlərdəndir. Bu tarix Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasını, Qarabağın həyatının yenidən canlanmasını və uzun illər doğma yurd həsrəti ilə yaşayan insanların öz torpaqlarına qayıdışını xarakterizə edir. Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərinin günü kimi qeyd olunan bu tarix gənc nəsilin düşüncəsinə ədalətin bərpası günü kimi həkk olunur. 

44 günlük Vətən müharibəsindən sonra götürdüyü öhdəliklərə əməl etməyən Ermənistan vəziyyəti öz xeyrinə dəyişərək revanşist düşüncələrə qapılmışdı. Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatlar baş verirdi və nəticədə günahsız insanlar həlak olurdu. Baş verənlərin fonunda Müzəffər Azərbaycan Ordusunun həyta keçirdiyi antiterror əməliyyatları nəticəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək Azərbaycan ərazilərindən çıxarıldı, onların hərbi infrastrukturunun zərərsizləşdirildi. Xankəndi, Xocalı, Xocavənd düşməndən azad edildi və suverenliyimiz bərpa olundu. 

Sentyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət etdi. Dövlət başçısı lokal xarakterli antiter¬ror tədbirlərinin uğurla başa çatması nəticəsində Azərbaycanın suverenliyinin bərpa olunduğunu xalqa bəyan etdi.

Antiterror tədbirlərindən dərhal sonra isə dəfələrlə Azərbaycan nümayəndələri ilə görüşdən imtina edən Qarabağda yaşayan erməni icmasının nümayəndələri Yevlax şəhərində görüşməyə məcbur oldular. Görüşlərdə separatçı rejimin ləğvi, Qarabağda yaşayan erməni sakinlərin reinteqrasiya məsələləri müzakirə edildi. Eyni zamanda, Qarabağın erməni əhalisinə Azərbaycanın təklif etdiyi reinteqrasiya şərtləri ilə tanış olmaq, regionda qalıb-qalmamaq barədə müstəqil qərar vermək imkanları yaradıldı. 2023-cü il sentyabrın 28-də Qarabağın separatçı rejimin rəhbəri Samvel Şahramanyan qondarma rejimin ləğvi ilə bağlı sənəd imzaladı. Bununla da 24 saatdan az müddətdə həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycan ərazisində qanunsuz yerləşən Ermənistan ordusu tam şəkildə tərksilah edilərək ölkəni tərk etdi. Qarabağda qeyri-qanuni xunta rejimi ləğv edildi, Azərbaycan hüquq-mühafizə orqanlarının həyata keçirdiyi tədbirlər nəticəsində separatçıların əsas rəhbərləri həbs olundu.

Prezident İlham Əliyev əldə olunan qələbənin əsasını Azərbaycan Ordusu təşkil etdiyini bildirib: “Ordumuzun gücləndirilməsi işində yorulmadan çalışdıq. Elə bir güclü ordu yaratdıq ki, bu gün Azərbaycan Silahlı Qüvvələri istənilən vəzifəni şərəflə yerinə yetirə bilər və biz bunu döyüş meydanında sübut etdik, həm üç il bundan əvvəl Vətən müharibəsi dövründə cəmi 44 gün ərzində düşməni kapitulyasiya aktına imza atmağa məcbur etdik, eyni zamanda, keçən ay cəmi 23 saat davam edən antiterror əməliyyatı bizim gücümüzü göstərdi və yenə də düşmən ağ bayraq qaldıraraq təslim oldu. Biz haqlı olaraq Silahlı Qüvvələrimizlə fəxr edirik”.

Bu gün üçrəngli bayrağımız Qarabağın və Şərqi Zəngəzurun hər bir guşəsində - Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə, Ağdamda, Şuşada, Hadrutda, Laçında, Əsgəranda, Xocavənddə, Ağdərədə, Xocalıda və Xankəndidə dalğalanır. Məcburi köçkünlərin doğma yurdlarına dönüşü üçün Azərbaycan Prezidentinin 2022-ci il 16 noyabr tarixli 3587 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası uğurla davam edir. Bütün bunların fonunda Qarabağda həyat canlanır. Bütün bunlar yürüdülən məqsədyönlü siyasətin uğurlu nəticəsidir. 

Mətanət Səfərli

YAP Nəsimi Rayon Təşkilatının əməkdaşı