İtaliyada sürüşmə fəlakəti
İtaliyanın İskia adasında həftə sonu baş verən sürüşmədə 8 nəfər həyatını itirib, 4 nəfərin axtarışları davam edir.
Adalet.az xəbər verir ki, Ölənlərdən dördü uşaqdır. Hökumət bölgədə fövqəladə vəziyyət elan edib və yardım səyləri üçün 2 milyon avro ayırıb. Keçən şənbə günü səhər saat 05:00 radələrində Neapol şəhəri yaxınlığındakı İskia adasında güclü yağışlardan sonra böyük torpaq sürüşməsi baş verib.
Sürüşmə evlərin uçmasına, avtomobillərin dənizə sürüklənməsinə səbəb olub. Axtarış-xilasetmə qrupları, o cümlədən dalğıclar dənizə sürüklənən avtomobillərdə sıxışıb qalanların olub-olmadığını yoxlamaq üçün araşdırmalar aparır.
Torpaq sürüşməsindən zərər çəkmiş Casamicciola şəhərindən olan görüntülər dağıntının təsirlərini, palçıqlı dağıntılar və küçələrdə avtomobil qalıqlarını göstərir. Bildirilir ki, son 20 ilin ən güclü yağışı bölgəyə cümə gecəsindən şənbə səhərinə qədər düşüb.
Əntiqə Kərimzadə
Digər Xəbərlər
02 Oktyabr 2026 09:39
Balina okeanda yaxtanı batırdı
02 Oktyabr 2026 09:10
"Mövcud olmayacaqlar" - Tramp İranı hədələdi
01 Oktyabr 2026 23:45
“Rusiyada olan məhvetmə vasitələri heç kimdə yoxdur” - Putin
01 Oktyabr 2026 19:17
“Kalininqrad məsələsində ambisiyalarınızı boğun” - Peskov
01 Oktyabr 2026 18:42
Hörmüzdə üç gəmi vuruldu
01 Oktyabr 2026 12:26
Təyyarədə 170-dən çox şəxsi baxdığı veriliş sayəsində xilas edibmiş
01 Oktyabr 2026 12:19
"Məqsədimiz sülh sazişinin imzalanması və ratifikasiyasıdır" - Paşinyan
01 Oktyabr 2026 11:59


Bakı -°C

