Təyyarədə 170-dən çox şəxsi baxdığı veriliş sayəsində xilas edibmiş
“Flydubai” təyyarəsində həmkarına bıçaqla hücum edən ikinci pilotu zərərsizləşdirən israilli şəxsin santexnika ustası olduğu müəyyənləşib.
Adalet.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə İsrailin Baş naziri Binyamin Netanyahu danışıb.
Netanyahu Yaniv adlı həmin şəxsdən silahlı pilotu zərərsizləşdirməyi və layneri sürətli eniş vəziyyətindən çıxarmağı necə bacardığını soruşub. Santexnika ustası isə suala “sadəcə bunu etməli idim” deyə cavab verib.
Bu hadisə barədə danışan ABŞ Prezidenti Donald Tramp isə Yanivin əvvəllər heç vaxt təyyarə idarə etmədiyini, lakin tez-tez “Aviaqəzaların araşdırılması” şousuna baxdığını bildirib. Məhz bu veriliş sayəsində o, belə hallarda sükanı özünə tərəf çəkməyin gərəkdiyini öyrənib.
Xatırladaq ki, sentyabrın 30-u səhər saatlarında BƏƏ-dən İsrailə uçan 174 nəfərlik “Flydubai” laynerində ikinci pilot birinci pilota bıçaqla hücum edib. Sərnişinlər və digər pilotlar sayəsində təyyarə Səudiyyə Ərəbistanında təcili eniş edə bilib. İsrail tərəfi bu hadisəni rəsmən terror aktına cəhd kimi qiymətləndirib. Faktla bağlı araşırma aparılır.
Digər Xəbərlər
01 Oktyabr 2026 12:19
"Məqsədimiz sülh sazişinin imzalanması və ratifikasiyasıdır" - Paşinyan
01 Oktyabr 2026 11:59
Rusiyada miqrant övladları ilə bağlı yeni qərar – Təhsil ödənişli olacaq
01 Oktyabr 2026 10:47
“Tramp bu layihəni “Amerika tarixində ən böyük polad zavodu” adlandırıb...”
01 Oktyabr 2026 09:27
"İkinci pilot terrorçu və ya dəli olub" - Tramp
30 Sentyabr 2026 23:10
174 nəfəri ölümdən xilas etdi, Netanyahu ilə görüşdü - VİDEO
30 Sentyabr 2026 18:55
Netanyahu “Flydubai” təyyarəsində baş verənlərdən DANIŞDI
30 Sentyabr 2026 18:41
Sərnişin gəmisi batdı: 78 nəfər öldü, 57 nəfər itkin düşüb
30 Sentyabr 2026 18:10


Bakı -°C

