174 nəfəri ölümdən xilas etdi, Netanyahu ilə görüşdü - VİDEO
İsrailin Baş naziri Benyamin Netanyahu “Flydubai” təyyarəsində həmkarına bıçaqla hücum edən ikinci pilotu zərərsizləşdirən israilli sərnişin ilə görüşüb.
Adalet.az “Ynet” nəşrinə istinadən xəbər verir ki, görüş Ben-Qurion hava limanında baş tutub.
Sərnişin Yaniv Xayon Baş nazirin qarşısına üzərində qan ləkələri olan köynəkdə çıxıb. Məlumata görə, məhz Xayon kapitanı bıçaqlayan və təyyarəni yerə çırpmaq istəyən cinayətkarı zərərsizləşdirməyə müvəffəq olub.
“Mən hücum edəni tutdum, onu boğmağa başladım və kabinədən bayıra çəkdim. Köməyə adam çağırdım və təyyarənin şturvalını özümə doğru çəkdim. Təyyarə düzəlməyə başladı və həmin an sərnişinlər arasında olan şəxs – hansı ki, o da pilot idi – idarəetməni öz üzərinə götürdüyünü bildirdi”, – deyə o, dəhşətli anları təsvir edib.
Xatırladaq ki, sentyabrın 30-da səhər saatlarında BƏƏ-dən İsrailə uçan 174 nəfərlik “Flydubai” laynerində ikinci pilot birinci pilota bıçaqla hücum edib. Sərnişinlər və digər pilotlar sayəsində təyyarə Səudiyyə Ərəbistanında təcili eniş edə bilib. İsrail tərəfi bu insidenti rəsmən terror aktına cəhd kimi qiymətləndirib.
Digər Xəbərlər
30 Sentyabr 2026 18:55
Netanyahu “Flydubai” təyyarəsində baş verənlərdən DANIŞDI
30 Sentyabr 2026 18:41
Sərnişin gəmisi batdı: 78 nəfər öldü, 57 nəfər itkin düşüb
30 Sentyabr 2026 18:10
Azərbaycan və Özbəkistanda keçiriləcək dünya çempionatını müzakirə etdilər
30 Sentyabr 2026 17:59
"Rusiya bəziləri kimi əl açıb sədəqə dilənə bilməz" - Putin
30 Sentyabr 2026 16:15
Peskov: Buna nüvə ilə cavab veriləcək!
30 Sentyabr 2026 15:32
Pilot həmkarını bıçaqlayıb, təyyarəni yerə çırpmaq istəyirmiş - VİDEO
30 Sentyabr 2026 13:57
ABŞ-İran danışıqları nəticəsiz qalmaqdadır
30 Sentyabr 2026 12:10


Bakı -°C

