İtaliyanın mənzərəli şəhərinə köçənlərə 30 min avro ödənəcək
İtaliyanın Apuliya bölgəsində yerləşən mənzərəli Presiççe şəhərinin hakimiyyəti oraya köçmək istəyənlərə 30 min avroya qədər pul ödəyəcək.
Bu pul şəhərdə daimi yaşamaq üçün boş mənzil almaq qərarına gələnlərə veriləcək.
Lakin pul məhz boş mənzillərin alınmasına xərclənməlidir. Bu təklif çərçivəsində satışa çıxarılan evlərin qiyməti 25 min avrodan başlayır. İtaliyada satışa çıxarılan digər ucuz daşınmaz əmlak obyektləri kimi, bu evlər də çoxdan öz ilk sahibləri tərəfindən tərk edilib. Bu səbəbdən həmçinin evlərin təmirinə də sərmayə qoyulmalıdır.
Presiççe səlahiyyətliləri ümid edirlər ki, ildən-ilə doğum sayının azaldığı və boşalmış şəhərə bu yolla yeni nəfəs verilə bilər.
Hazırda müqavilənin təfərrüatları yekunlaşdırılır, lakin hakimiyyət yaxın həftələrdə proqramı işə salmağa hazırdır.
“Bura köçmək və tərk edilmiş yaşayış evlərindən birini almaq istəyən insanlara 30 min avroya qədər pul təklif edəcəyik. Ümumi maliyyələşdirmə iki hissəyə bölünəcək: bir hissəsi köhnə evin alınmasına, digər hissəsi isə lazım gələrsə, onun təmirinə gedəcək”, - deyə şəhər meriyasından bildirilib.
Digər Xəbərlər
20 Sentyabr 2026 18:46
Rusiyanı darmadağın etmək üçün bizə 40 gün lazımdır - Zelenski
20 Sentyabr 2026 16:02
Rusiyada ayı 2 nəfəri parçaladı
20 Sentyabr 2026 14:10
İran Hörmüzlə bağlı son qərarını açıqladı
20 Sentyabr 2026 13:36
Ərdoğan BMT Baş Assambleyasında 16-cı dəfə çıxış edəcək
18 Sentyabr 2026 21:00
Kadırovun üzündən oxuya bilməyən oğlu biabır oldu - VİDEO
18 Sentyabr 2026 17:41
Tramp İranla müharibənin növbəti mərhələsi barədə qərar verəcək
18 Sentyabr 2026 16:52
Robert Fitsonun Ukrayna səfəri son anda ləğv edildi
18 Sentyabr 2026 15:10


Bakı -°C

