İtin dişlədiyi azyaşlı öldü - TƏFƏRRÜAT - YENİLƏNİB
Cəlilabad rayonunda quduz itin dişlədiyi azyaşlının ölümü ilə bağlı təfərrüat məlum olub.
Adalet.az xəbər verir ki, hadisə mayın 3-də, şəhərin R.Nəsirov küçəsində baş verib.
Belə ki, 11 yaşlı Zülfiyyə Rzayeva mağazadan evə qayıdan bacısının sahibsiz itin hücumuna məruz qaldığını görüb.
Bu zaman o, bacısının köməyinə gəlib. Azyaşlı bacısını xilas etsə də, özü itin hücumuna məruz qalaraq çoxsaylı bədən xəsarətləri alıb.
Daha sonra Z.Rzayeva Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona burada quduzluq əleyhinə vaksin vurulub və yaraları tikilib.
Lakin vəziyyəti ağırlaşdığı üçün azyaşlı paytaxt xəstəxanalarından birinə təxliyə edilib.
Z.Rzayeva yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib.
O, doğulduğu Cəlilabad rayonunun Əsədli kəndində torpağa tapşırılıb. /Report
15:48
Cəlilabad rayonunda itin dişlədiyi azyaşlı ölüb.
Adalet.az xəbər verir ki, hadisə Cəlilabad şəhərində qeydə alınıb.
Belə ki, rayon sakini, 2012-ci il təvəllüdlü Zülfiyyə Rzayevanı küçədə it dişləyib.
Müxtəlif xəsarətlər alan azyaşlı rayon xəstəxanasına aparılıb, ona quduzluq əleyhinə vaksin vurulub.
Daha sonra paytaxt xəstəxanalarından birinə təxliyə edilib.
Lakin azyaşlı yerləşdirildiyi xəstəxanda dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Digər Xəbərlər
08 Yanvar 2026 12:09
Abşeronun bu ərazilərində işıq olmayacaq
08 Yanvar 2026 11:37
Cəbrayılda yanğın törədən şəxs saxlanıldı
08 Yanvar 2026 11:29
Muğanlı-İsmayıllı yolunda qəza - Sürücünün həyat yoldaşı öldü
07 Yanvar 2026 16:06


Bakı -°C

