26 Avqust 2025 10:26
128
HADİSƏ

İtkin düşən 14 nəfər tapıldı

İtkin düşmüş kimi axtarışı aparılan 14 nəfər tapılıb.

DİN-dən Adalet.az-a verilən məlumata görə, avqustun 25-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 14 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.