Yanğının söndürülməsinə FHN-in 30 xüsusi təyinatlı texnikası, 140 şəxs heyəti cəlb olunub - FOTOLAR+VİDEO -YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” ticarət mərkəzi tərəfindən icarəyə verilmiş anbarda baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir.
Adalet.az xəbər verir ki, yanğının söndürülməsi məqsədilə əraziyə FHN-in 30-a yaxın xüsusi təyinatlı texnikası və 140 nəfərə yaxın şəxsi heyəti cəlb olunub.
Əlavə məlumat veriləcək.
XXX
13:26
Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” ticarət mərkəzində baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir.
Nazirlikdən Adalet.az-a bildirilib ki, hazırda yanğının söndürülməsi, eyni zamanda yaxınlıqdakı obyektlərə yayılmasının qarşısının alınması istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər həyata keçirilir.
XXX
12:46
Xəbər verildiyi kimi, Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” ticarət mərkəzində yanğın baş verib və dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb olunub.
FHN Mətbuat xidmətindən Adalet.az-a verilən xəbərə görə, havanın küləkli olması yanğınsöndürmə əməliyyatını çətinləşdirsə də qüvvələr tərəfindən ərazinin bütün perimetri boyu yanğına fəal müdaxilələr edilir.
Əlavə məlumat veriləcək.
XXX
12:25
Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb edilib.
DİN Mətbuat Xidmətindən Adalet.az-a bildirilib ki, polis əməkdaşları tərəfindən hadisə yeri mühafizə edilərək təhlükəsizlik və digər zəruri tədbirlər görülür.
XXX
12:10
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” ticarət mərkəzində yanğın baş verməsi barədə məlumat daxil olub.
Bu barədə Adalet.az-a FHN-dən bildirilib
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb olunub.
Hazırda yanğınla mübarizə tədbirləri davam edir.
Əlavə məlumat veriləcək.