Üçlü zirvədən sülh yox, güclü atəşkəs çıxacaq - Zdrojevski
Kremlin Kırım və Donbasın statusunda heç bir şəkildə güzəşt etməyəcəyi açıqdır və üçlü zirvədən “qalıcı barış deyil, güclü bir atəşkəs” çıxacaq.
Adalet.az xəbər verir ki, bunu rusiyalı professor Andrey Zdrojevski deyib.
“Putinin tələb etdiyi təhlükəsizlik zəmanətləri Rusiyanın varlığı üçün həyati əhəmiyyət daşıyır. NATO-nun şərqə doğru genişlənməsi Moskva üçün mümkün təhlükə yaradır. ABŞ və Avropa bu “qırmızı xətti” tanımadıqca əldə ediləcək razılaşma yalnız müvəqqəti atəşkəs olacaq.
Avropa liderləri arasında isə fərqli mövqelər var. AB Komissiyasının rəhbəri Ursula fon der Leyen və Fransa Prezidenti Emmanuel Makron təhlükəsizlik zəmanətlərinin əhəmiyyətinə diqqət çəkərkən, Almaniya atəşkəs olmadan irəliləyişin mümkün olmadığını vurğulayır. Bu strategiya fərqliliyi Rusiyada da diqqətlə izlənir və Ukraynaya veriləcək zəmanətlərin necə həyata keçiriləcəyi hələlik qeyri-müəyyəndir”, - professor bildirib.
Zdrojevski qeyd edib ki, Kırım və Donbasın statusu üçlü zirvənin ən kritik mövzularındandır:
“Ukraynanın bu bölgələr üzərindəki faktiki nəzarəti artıq sona çatıb və diplomatik sənədlərdə bunu tanımaq çətin olacaq. Davamlı sülh mövcud vəziyyətin qəbulundan keçir. Topraq mübadiləsi və ya status tənzimləmələri zirvənin ən sərt mövzuları olacaq və Kremlin bu məsələdə heç bir güzəşti yoxdur”.
Digər Xəbərlər
14 Yanvar 2026 17:45
ABŞ hərbi təyyarəsi İran sahillərinə yaxınlaşdı
14 Yanvar 2026 15:00
Ukraynanın yeni müdafiə naziri təyin edildi
14 Yanvar 2026 14:31
Hindistan vətəndaşlarını İranı tərk etməyə çağırıb
14 Yanvar 2026 14:21
ABŞ hərbçilərinə Qətərdəki bazanı tərk etmək tövsiyə edilib
14 Yanvar 2026 13:55
"Vətəndaş müharibəsi baş verərsə, Azərbaycan öz soydaşlarını müdafiə etməlidir"
14 Yanvar 2026 13:39
Paşinyan Cənubi Qafqazı təhlükəsiz mühit adlandırdı
14 Yanvar 2026 13:14
Türkiyədə daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
14 Yanvar 2026 12:37


Bakı -°C

