adalet.az header logo
  • Bakı -°C
14 Yanvar 2026 13:55
74
DÜNYA
A- A+

"Vətəndaş müharibəsi baş verərsə, Azərbaycan öz soydaşlarını müdafiə etməlidir" 

"ABŞ İranın hərbi və siyasi mərkəzlərinə, strateji obyektlərinə qarşı hərbi əməliyyatlar keçirməsi gözlənilir. Plan İranda hakimiyyəti deyişmək və yeni bir sistem formalaşdırmaqdir". 

Adalet.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. 

Onun sözlərinə görə, ABŞ İranla ticarət edən ölkələrə qarşı rüsum tətbiq etməsi, hərbi qüvvələrini Yaxın Şərqə göndərməsi, etiraz aksiyasını dəstəkləməsi böhranı daha da inkişaf etdirir: 

"İrana qarşı hərbi əməliyyatlar İsrailə qarşı və ABŞ bazalarının  raketlərlə vurulmasına başlanılacaq. İranla müharibə uzun müddətli və yorucu ola bilər. Hakim rejim təslim olmayacaq. ABŞ hücumu fonunda küçələrdən etirazçı insanlar çəkiləcək.
İranda qeyri -sabitlik Azərbaycanın təhlükəsizlik maraqlarına cavab vermir". 

Politoloq deyib ki, Azərbaycan İranda baş verənlərə səthi yanaşmır, strateji planla hərəkət edilməlidir: 

"Birincisi, İran qonşu ölkədir. Orada hansı sistemin hakimiyyətdə olması Azərbaycan üçün önəmlidir. İkincisi, İranda 40 milyona yaxın azərbaycanlılar var. Onlar İranda zəif duruma düşərsə, vətəndaş müharibəsi baş verərsə, Azərbaycan öz soydaşlarını müdafiə etməlidir. 

İranda R. Pəhləvini Vaşinqton hakimiyyətə gətirmək planı tam aydın olarsa, demək,  ABŞ İranın parçalanmasında və federallaşmasında maraqlı deyil". 

Vasif ƏLİHÜSEYN