Köməksiz vəziyyətdə qalan azyaşlı xilas edildi

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində bir nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Nazirlikdən Adalet.az-a bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.
Xilasedicilər xüsusi vasitələrin köməyi ilə mənzilin qapısını açaraq yatmış vəziyyətdə aşkar edilmiş 2015-ci il təvəllüdlü Tağıyev Kinyaz Emin oğlunu valideynlərinə təhvil veriblər.
Bundan əlavə, Səbail rayonu, Əbdülkərim Əlizadə küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasının liftində vətəndaşların köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Xidmətin xilasediciləri tərəfindən liftin qapısı açılaraq köməksiz vəziyyətdə qalan 2 nəfər xilas edilib.
Digər Xəbərlər

Çayda batan 3 nəfərin meyiti tapıldı - YENİLƏNİB

“Sədərək”dəki yanğında 2 nəfər tüstüdən zəhərləndi

Yanğının söndürülməsinə FHN-in 30 xüsusi təyinatlı texnikası, 140 şəxs heyəti cəlb olunub - FOTOLAR+VİDEO -YENİLƏNİB
