Putinlə görüşdüyünə görə üzr istədi

Sitka və Alyaska arxiyepiskopu Aleksi Rusiya prezidenti Vladimir Putinlə Alyaskada görüşdüyü üçün üzr istəyib.
Adalet.az xəbər verir ki, arxiyepiskopun açıqlaması Amerikadakı pravoslav kilsəsinin rəsmi saytında yayımlanıb.
O bildirib ki, Putini Ankoric Sammitində dinc qonaqpərvərlik ruhunda qarşılamaqla yaranan qalmaqaldan "dərin təəssüflənir".
Aleksi qeyd edib ki, Sitka və Alyaska yeparxiyası Amerikadakı Pravoslav Kilsəsinin bir hissəsidir və missiyası Arktikadan Mərkəzi Amerikaya qədər bir çox xalqları, mədəniyyətləri və dilləri əhatə edir. O, həmçinin sülh üçün təşkil etdiyi üç günlük duaları xatırladaraq bildirib ki, onun hərəkətini kədər və ya çaşqınlıq səbəbi kimi qəbul edən hər kəsdən üzr istəyir.
Digər Xəbərlər

Üçlü zirvədən sülh yox, güclü atəşkəs çıxacaq - Zdrojevski

İş adamının yaxtası gəmi ilə toqquşubmuş - Cəsədi 19 gün sonra tapıldı

Ukrayna Avropanın təhlükəsizliyinin təməl daşıdır - Andrey Sibiqa

ÜST rəhbəri: Qəzzada 15 mindən çox insan buna möhtacdır

BMT İŞİD və əl-Qaidə dəstəkçilərinə qarşı sanksiyalar tətbiq etdi

Trampdan Ukraynaya: Rusiyanın şərtləri ilə razılaşın

Vitse-prezident: Türkiyə Şimali Kiprin inkişaf strategiyasını davam etdirəcək
