İtkin düşən balıqçıların axtarışlarına helikopter cəlb olundu - YENİLƏNİB

Axtarışlara helikopter cəlb edilib.
Adalet.az-ın məlumatına görə, Lənkəran rayonunun Siyavar kəndi ərazisində itkin düşən balıqçılar 1984-cü il təvəllüdlü Mahmud Əbdüləli oğlu İbayev və 1968-ci il təvəllüdlü Nazim Səməd oğlu Abbasovun axtarışlarına helikopter cəlb olunub. Helikopter saat 16:20 radələrindən axtarışlara başlayıb.
Hazırda Xəzər dənizinin Lənkəran və Astara istiqamətində axtarışlar davam etdirilir.
***
Yanvarın 13-də Lənkəran şəhəri şəhəri, Siyavar kəndi yaxınlığında Xəzər dənizində 2 nəfər balıqçının itkin düşməsi barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumat əsasında axtarışlar davam etdirilir.
Adalet.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.
Hazırda itkin düşdüyü ehtimal edilən vətəndaşlar - 1984-cü il təvəllüdlü İbayev Mahmud Əbdüləli oğlu və 1968-ci il təvəllüdlü Abbasov Nazim Səməd oğlunun axtarışları FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin qüvvələri tərəfindən həyata keçirilir.
Əlavə məlumat veriləcək.
Digər Xəbərlər

Goranboyda məktəblilər şirin pambıqdan zəhərləndi

Prokurorluq 10 nəfərin dönərdən zəhərlənməsi ilə bağlı araşdırmaya başladı

"Boranı" restoranındakı yanğın söndürüldü - YENİLƏNİB

Naxçıvanda hərbi sursatlar aşkar edildi

İşə düzəldiyini qeyd etməkdən qayıdarkən qəzaya düşüb - TƏBİB-in əməkdaşının ölümünün detalları

Dumanlı havalar təhlükədir
jpg-1741873098.jpg)
Zaxarova, sanki Ukraynalı uşaqlar durduğu yerdə ölüb, axı...
