adalet.az header logo
  • Bakı -°C
02 Fevral 2026 10:39
75
KRİMİNAL
A- A+

İtkin kimi axtarılan 10 nəfər tapılıb

İki gündə itkin kimi axtarılan 10 nəfər tapılıb.

Adalet.az xəbər verir ki, bu barədə DİN-dən bildirilib. Yanvarın 31-də və fevralın 1-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 10 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.