İtkin-şəhid Şahin Kərimovla vida mərasimi keçirildi
Mingəçevir şəhərində şəhid Şahin Kərimovla vida mərasimi təşkil olunub.
Adalet.az xəbər verir ki, onunla vida mərasimi Mingəçevir şəhərində, ata evində keçirilib.
Mərasimdə şəhər ictimaiyyətinin nümayəndələri, idarə rəhbərləri, hüquq-mühafizə orqanlarının əməkdaşları və şəhidin yaxınları iştirak ediblər.
Şahin Kərimov Mingəçevir şəhərinin Şəhidlər xiyabanında torpağa tapşırılacaq.
Qeyd edək ki, Şahin Kərimov 16 dekabr 1973-cü ildə Mingəçevir şəhərində anadan olub. O, Qarabağ uğrunda gedən döyüşlərdə iştirak edərək Vətənin müdafiəsi naminə xidmət göstərib. Şahin Kərimov 4 aprel 1993-cü ildə şiddətli döyüşlər zamanı itkin düşmüşdü.


Bakı -°C

