IX “Muğam” Televiziya Müsabiqəsinə Laçında yekun vurulub
Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət Nazirliyinin və Azərbaycan Televiziyasının təşkilatçılığı ilə ərsəyə gələn IX “Muğam” Televiziya Müsabiqəsinin final mərhələsi Laçın şəhərində keçirilib.
Adalet.az xəbər verir ki, müsabiqənin final mərhələsində gənc xanəndələr Rəis Niftəliyev, Kənan Novruzov, Nərmin Mirzəyeva, Əli Rəşidi, Aycan Şükürlü, Yusif Cəfərbəyli, Aytac Bəybabayeva və azyaşlı ifaçılar Əhəd Ağayev, Kənan Tağızadə, Yusif Mustafayev, Mətləb Əhmədzadə, Murad Nəbizadənin çıxışları dinlənilib. Müsabiqəyə Xalq artistləri Mələkxanım Əyyubova, Mənsum İbrahimov, Nəzakət Teymurova, Sərdar Fərəcov, Vamiq Məmmədəliyev, Əməkdar mədəniyyət işçisi İlqar Fəhmi münsiflik edib.
Münsiflər heyətinin məşvərətindən sonra qaliblərin adı elan olunub.
Yeniyetmə ifaçılar arasında birinci yerə Əhəd Ağayev, ikinci yerə Murad Nəbizadə, üçüncü yerə isə Kənan Tağızadə layiq görülüblər.
Gənc xanəndələr arasında isə birinci yeri Aytac Bəybalayeva, ikinci yeri Nərmin Mirzəyeva və üçüncü yeri Rəis Niftəliyev tutublar.
Yeniyetmə və gənclər arasında ilk üç yerin qaliblərinə Heydər Əliyev Fondunun mükafatları və diplomlar təqdim olunub.
Müsabiqənin digər iştirakçılarına da diplomlar verilib.
Tamaşaçılar Əməkdar artist Ehtiram Hüseynovun ifasını dinləyiblər. Sonra qaliblərin ifasında “Qarabağ şikəstəsi” səsləndirilib.
Qeyd edək ki, “Muğam” Televiziya Müsabiqəsi Heydər Əliyev Fondunun dəstəyi ilə 2005-ci ildən keçirilir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə keçirilən muğam müsabiqələri gənc ifaçıların yaradıcılıq potensialının üzə çıxarılmasına, xalq musiqisinin yaşadılaraq yeni nəsillərə ötürülməsinə və Azərbaycanın muğam sənətinin beynəlxalq aləmdə tanıdılmasına mühüm töhfə verib.
Digər Xəbərlər
22 Oktyabr 2026 16:42
Leyla Əliyeva “Uşağın gözü ilə dünya” sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış oldu
21 Oktyabr 2026 11:41
Azərbaycan Bəstəkarlar İttifaqı Firəngiz Əlizadəyə dərin hüznlə başsağlığı verir
21 Oktyabr 2026 11:30
XII Bakı Beynəlxalq Kitab Sərgisi açıldı
20 Oktyabr 2026 18:19
Leyla Əliyeva Aşqabadda Milli Türkmən Xalçası Muzeyində olub - FOTOLAR
20 Oktyabr 2026 16:23
Gəncə Memorial Kompleksi Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
20 Oktyabr 2026 12:03
Bakıda Türkiyə-Azərbaycan Dostluq Konserti keçirildi - FOTOLAR
19 Oktyabr 2026 13:59
"44" bədii filminin növbəti tizeri yayımlanıb - VİDEO
19 Oktyabr 2026 12:13


Bakı -°C

