adalet.az header logo
  • Bakı -°C
24 Iyul 2026 17:11
70
GÜNDƏM
A- A+

İyulun 25-26-da güclü külək olacaq - Xəbərdarlıq

Milli Hidrometeorologiya Xidməti iyulun 25-26-da Azərbaycanın bir sıra rayonlarında gözlənilən güclü küləklə əlaqədar sarı və narıncı xəbərdarlıq yayıb.

Məlumata görə, Naxçıvan MR, Qazax, Gəncə, Tovuz, Şəmkir, Mingəçevir, Daşkəsən, Goranboy, Naftalan, Quba, Siyəzən, Xızı, Qobustan, Ağstafa, Samux və Kəlbəcər rayonlarında sarı xəbərdarlığa uyğun olaraq cənub-şərq küləyinin sürəti 13,9-20,7 m/s təşkil edəcək.

Xaçmaz, Qusar və Şabran rayonlarında isə narıncı xəbərdarlıq qüvvədə olacaq. Bu ərazilərdə cənub-şərq küləyinin sürətinin 20,8-28,4 m/s-dək güclənəcəyi proqnozlaşdırılır.

Sakinlərə güclü küləkli hava şəraiti ilə əlaqədar ehtiyatlı olmaları tövsiyə edilir.