adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
31 May 2023 17:26
485
MƏDƏNİYYƏT

İyunun 1-dən etibarən “CinemaPlus” kinoteatrlar şəbəkəsində nümayiş olunacaq filmlər - VİDEO

İyunun 1-dən etibarən “CinemaPlus” kinoteatrlar şəbəkəsində nümayiş olunacaq filmlər təqdim edilib.

Tərcüməçi” döyüş filmi

“CinemaPlus” kinoteatrlar şəbəkəsində 1 iyundan etibarən Böyük Britaniya və İspaniya istehsalı olan “Tərcüməçi” döyüş filminin nümayişi başlayır.

Filmin rejissoru Qay Riçidir.

Baş rollarda Ceyk Cillenhol, Dar Salim, Aleksandr Ludviq çəkiliblər. Filmin müddəti 140 dəqiqədir və 18 yaşdan yuxarı olan şəxslər üçün nəzərdə tutulub.

Film haqqında qısa məlumat: Con Kinli Əfqanıstanda düşmən tərəfindən mühasirəyə alınır. O, necə sağ qaldığını xatırlamır, ancaq Əhməd adlı yerli tərcüməçiyə borclu olduğunu başa düşür. Yaralı Kinlini xilas edib, təhlükəli ərazidən çıxarmağı bacaran o idi. İndi vəzifə hissi Conu təqib edir və o, Əhməd və ailəsini xilas etmək üçün hər şeyi riskə ataraq, geri qayıtmaq qərarına gəlir.

“Ata ilə həftəsonu” komediya filmi

“CinemaPlus” kinoteatrlar şəbəkəsində ABŞ istehsalı olan “Ata ilə həftəsonu” komediya filminin nümayişi başlayır.

Filmin rejissoru Lora Terruzodur.

Baş rolları Robert de Niro, Sebastyan Maniskalko, Lesli Bib ifa ediblər. Filmin müddəti 105 dəqiqədir və 12 yaşdan yuxarı olan şəxslər üçün nəzərdə tutulub.

Film haqqında qısa məlumat: Sebastyan həftəsonunu cazibədar nişanlısı və ailəsi ilə birlikdə onların mülklərində keçirmək fikrindədir. O mülkdə fərdi qolf sahəsi, gözəl yaxta və hətta öyrədilmiş tovuz quşu var. Bayramlar üçün əla plandır, lakin Elli inad edir ki Sebastyan italiyalı, ekssentrik bərbər atasını da dəvət etsin. Hamını mədəni sarsıntı gözləyir. Amma qohumları seçmək olurmu? 

“Bugimen” qorxulu filmi

“CinemaPlus” kinoteatrlar şəbəkəsində  ABŞ və Kanada istehsalı olan “Bugimen” qorxulu filminin nümayişi başlayır.

Filmin rejissoru Rob Savajdır.

Baş rollarda Sofi Tetçer, Kris Messina, David Dastmalçan yer alıblar. Filmin müddəti 115 dəqiqədir və 18 yaşdan yuxarı olan şəxslər üçün nəzərdə tutulub.

Film haqqında qısa məlumat: Kiçik qız çarpayısının altında dəhşətli bir bədheybətin yaşadığına əmindir, lakin heç kim ona inanmır. Amma baş verən dəhşətli hadisələr hər kəsi fikrini dəyişməyə məcbur edir.

Hörümçək-adam: Kainatların toru” animasiya filmi

“CinemaPlus” kinoteatrlar şəbəkəsində “Marvel Comics”in qəhrəmanı olan “Hörümçək-adam: Kainatların toru” Amerika kompüter animasiya superqəhrəman filminin nümayişi başlayır.

Filmin rejissorları Xoakin Dos Santos, Kemp Pauers, Castin Tompsondur.

Baş rolları Şameik Mur, Heyli Steynfild, Oskar İsaak səsləndiriblər. Filmin müddəti 130 dəqiqədir və 12 yaşdan yuxarı olan şəxslər üçün nəzərdə tutulub.

Film haqqında qısa məlumat: Maylz Morales, Qven Steysi və yeni Hörümçək-adam komandası ilə birlikdə güclü cani ilə qarşılaşmaq üçün fərqli kainatlarda macəraya başlayırlar.

Cizgi filmi - “Maşa və Ayı kinoda: “Oy!” deyin”

CinemaPlus kinoteatrlar şəbəkəsində Rusiyada istehsalı olan cizgi filmi - Maşa və Ayı Kinoda – “Oy!” deyin.

Filmin rejissoru Artyom Naumovdur.

Baş rolları Yuliya Zunikova, Boris Kutneviç, Artyom Bojutin səsləndiriblər. Filmin müddəti 75 dəqiqədir və yaş məhdudiyyəti nəzərdə tutulmayıb.

Film haqqında qısa məlumat: Uzun illərdən sonra ilk dəfə Ayı öz xudmani evini tərk edib, böyük şəhərin kübar həyatının mərkəzinə düşür. Bu gün o, toy fotoqrafıdır, Maşa isə onun köməkçisi. Əlvida təntənəli ziyafətlər! Salam sevinc, yaradıcılıq ab-havası və əsl sevgi şənliyi!

Biletləri kinoteatrlar şəbəkəsinin kassalarından, kinoteatrın saytından: www.cinemaplus.az mobil tətbiqindən, IOS və Android əməliyyat sistemi olan smartfonlar üçün: IOS link və Android link əldə edə bilərsiniz. Daha ətraflı məlumatı sosial şəbəkələrdən və ya 012 499 89 88 və 119 nömrələrinə zəng edərək əldə edə bilərsiniz.