adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
29 Mart 2024 12:30
755
SİYASƏT

Moskvada 3-cü ən dəhşətli metro terrorundan 14 il keçir - Hədəfdə Rusiyanın günahları? 

Hazırda dünyanın gündəmində Moskvanın “Crocus City Hall”da baş verən faciəvi hadisə , terror aktıdır. Nə qədər dünya Rusiyaya qarşı aqressiv yanaşsa da , amma faciədə sadə insanların, günahsız şəxslərin ölməsi, yaralanması xoşagələn hal deyil.

Heç bir ölkə terrordan sığortalı deyil. Belə tereaktlar göz-bəbəyi kimi qorunan hər ölkədə, hər şəhərdə, hər küçədə, döngədə, xüsusən yeraltı məkanlarda baş verə biləcək bir situasiyadır.
Rusiya zaman –zaman terror aktlarına məkan olub. Xüsusən yeraltı məkanlarda- metrolarda baş verən tereaktların sayı dünya üzrə ən çox Moskvada qeydə alınıb.

Rusiyada ən böyük metro terroru

Bu gün Moskva metrosunda növbəti bir terror hadisəsinin anım günüdür. 2010-cu il martın 29-da Moskva metrosunda ikiqat terror aktı baş verdi - tutumu 2 ilə 4 kq trotil olan bombalar Sokolniçeskaya xəttindəki "Lubyanka" və "Park Kulturı" stansiyalarında qatarlarda partladıldı. Ölənlərin sayı 41, yaralananların sayı isə 88 nəfər oldu. Həmin vaxt həmyerlimiz 27 yaşlı Əliyev Zəbi İsrafil oğluda ağır dərəcəli xəsarrət alanlar arasında idi və N.V.Sklifosovski adına Elmi-Tədqiqat Təcili Yardım İnstitutunda müalicə olunurdu.

Bir şahid isə “Lyubyanka” stansiyasında baş verən partlayışı belə təsvir edir: “Mən eskalatorla aşağı düşərkən partlayış səsi eşitdim, daha sonra hər tərəfi tüstü bürüdü, dəhşətli qışqırıq səsləri yayıldı, eskalator dayandı və mən geri qayıtmağa çalışdım. Bu zaman stansiyadan insanların təşviş içərisində eskalatorlarla yuxarı qaçdığını gördüm. Bir nəfər kişinin üst-başı qan idi və çiyninə ət parçası yapışmışdı. Mənzərə dəhşətli idi”.
Rusiya hökumətinin qərarı ilə ölənlərin hər birinin ailəsi 1 milyon rubl məbləğində kompensasiya aldı.
Dünya liderləri, o cümlədən Azərbaycan prezidenti Moskva partlayışlarını pisləyən bəyanatlar yayaraq terrorla mübarizədə Rusiyaya dəstək ifadə etdilər.


Rusiya və Sovet höküməti tarixində ilk metro terroru – Erməni əməli

Düzdür,  2010-cu ildə baş verən bu tereakt Rusiyada ən böyük və dəhşətli metro terroru hesab edilsə də ilk deyildi. Yəqin ki, oxucularımız unutmayıb ki, Moskvada metro terrorunun “banisi” ermənilər olub. Necə deyərlər, sovet hökümətinin “kəsakəs” vaxtı - 1977-ci il yanvarın 8-də Moskva metrosunda əldəqayırma partlayıcı qurğunun işə düşməsi ilə törədilən qanlı terror hadisəsini erməni terrorçularının planladığı və reallaşdırdığı təsdiqləndi.

Bundan sonra şəhərin müxtəlif hissələrində daha iki partlayış törədilib. Sovet rəhbərliyini şoka salan bu terror aktları nəticəsində 7 nəfər ölüb, 30 mülki şəxs isə yaralanıb.
Terrorun təşkilatçısı Stepan Zatikyan "Ermənistan Vahid Milli Partiyası"nın rəhbərlərindən biri olub. Yerevana qaçarkən qatarda saxlanılan fəhlə Akop Stepanyan və rəssam Zaven Baqdasaryan Stepan Zatikyan məhkəmə sonrası güllələniblər.

Moskvada baş tutan ikinci metro terroru daha qanlı oldu. 2004-cü il fevralın 6-da Moskvada “Avtozavodskaya” və “Paveletskaya” metro stansiyaları arasındakı ərazidə qatarın ikinci vaqonunda partlayış baş verdi. Anzor İjayev adlı kamikadze üzərindəki bombanı partladır və özü də daxil olmaqla 42 nəfərin həyatına son qoyur. Yaralananları sayı isə 250 nəfər olaraq göstərilir.

Rusiya terror üçün niyə hədəf seçildi?

Sovet höküməti dağıldıqdan sonra 70 il əsarətdə qalan xalqlar Rusiya müstəmləkəsinə qarşı mübarizəyə qalxdılar.
Xüsusən, Rusiyanın sovet ərazilərini saxlamaq üçün hərbi müdaxilə etdiyi Çeçenistanda, İnquşetiyada, Dağıstanda partizan qrupları yarandı, müharibə reallaşdı.

Bir fakta diqqət edək: Rus-çeçen münaqişəsinin bir hissəsi olaraq Rusiya Federasiyası ilə Çeçen İçkeriya Respublikası arasında 1994-cü ilin dekabrından 1996-cı ilin avqust ayına qədər davam etmiş hərbi münaqişədə çeçen hərbi qüvvələri 18,000 nəfərdən çox və 50,000 (qeyri-rəsmi mənbələrə əsasən 100,000-ə yaxın) mülki vətəndaş həyatını itirdi.

Daha sonra 26 avqust 1999-cu ildə Çeçenistan və Şimali Qafqazın sərhəd bölgələrində Rusiya Federasiyası tərəfindən başladılmış növbəti hərbi hücumda qeyri-rəsmi rəqəmlərə görə, əksəriyyəti mülki vətəndaşlar olmaqla 25,000-50,000 nəfər arası insan həyatını itirdi. Və elə həmin vaxtdan başlayaraq mübariz və əzilən şimali Qafqaz xalqları Rusiyanın bir çox şəhər və rayonlarında qisasçı terror əməlləri törətdilər.

Şimali Qafqaz xalqlarına müxtəlif illərdə Rusiya ordusu divan tutdu

1995-ci il iyunun 14-də Şamil Basayevin başçılıq etdiyi silahlılar Budennovsk (Stavropol diyarı) şəhərinin 1586 sakinini girov götürərək şəhər xəstəxanasının binasında saxlayıblar. Ölənlər – 129 nəfər, yaralananlar – 317 nəfər.
1996-cı il noyabrın 16-da Kaspiyskdə (Dağıstan) terrorçular sərhədçilərin ailələrinin yaşadığı doqquz mərtəbəli yaşayış binasını partladıblar. Öldürülənlər – 68 nəfər.
1999-cu il martın 19-da Vladiqafqazda Mərkəzi Bazarda partlayış baş verdi. Ölənlər – 52 nəfər, yaralananlar – 150 nəfər.
1999-cu il sentyabrın 4-də Buinaksk şəhərində (Dağıstan) terrorçular Rusiya Federasiyası Müdafiə Nazirliyinin 136-cı briqadasının rus zabitlərinin ailələrinin yaşadığı Şıxsəidov küçəsində beşmərtəbəli yaşayış binasını partladıblar. Ölənlər – 64 nəfər, yaralananlar – 146 nəfər.

2008 -Rusiya Gürcüstana  ordu yeritdi.Cənubi Osetiya və Abxaziya işğal olundu

1999-cu il sentyabrın 8-də Moskvanın Quryanov küçəsində doqquz mərtəbəli 6 girişli 19 saylı yaşayış binasında terror aktı törədilib, iki girişi tamamilə dağıdıb. Ölənlər – 100 nəfər, yaralananlar – 690 nəfər.
1999-cu il sentyabrın 13-də Moskvanın Kaşirskoye şossesində 6 saylı yaşayış binasında tutumu təxminən 300 kq trotil olan partlayış baş verib. Ölənlər – 124 nəfər, yaralananlar – 7 nəfər.
2002-ci il mayın 9-da Kaspiyskdə (Dağıstan) Böyük Vətən Müharibəsində Qələbə Gününün qeyd edilməsi zamanı terror aktı baş verdi. Ölənlər – 43 nəfər, yaralananlar – 120 nəfər.
2002-ci il oktyabrın 23-26-da Moskvada Mövsər Barayevin başçılıq etdiyi bir qrup silahlı yaraqlı Dubrovkadakı Teatr Mərkəzinin binasında 912 nəfəri - "Nord-Ost" musiqili tamaşaçıları girov saxlayıb. Öldürülənlər – 130 nəfər.
2002-ci il dekabrın 27-də Qroznıda Çeçenistan Hökumət Evinin həyətində kamikadzelər partlayıcı ilə doldurulmuş “Kamaz” və “UAZ” maşınlarını partladıblar. Ölənlər – 71 nəfər, yaralananlar – 640 nəfər.
2003-cü il mayın 12-də Znamenskoye kəndində (Çeçenistan Respublikasının Nadtereçnı rayonu) kamikadzenin idarə etdiyi partlayıcılarla dolu “Kamaz” markalı yük maşını yerli administrasiya və FTX departamentinin binaları yaxınlığında partladı. Ölənlər – 60 nəfər, yaralananlar – 197 nəfər.

2022-ci il Rusiya ordusunu Qazaxıstana yeritdi 

5 dekabr 2003-cü ildə Kislovodsk - Mineralnıye Vodı elektrik qatarında qatar Yessentuki stansiyasından təxminən 1 km aralıda olarkən kamikadze 7 kq trotil tutumlu partlayıcı qurğunu işə saldı. Ölənlər – 47 nəfər, yaralananlar – 186 nəfər.
24 avqust 2004-cü ildə, demək olar ki, eyni vaxtda Rostov və Tula vilayətləri üzərində havada. Moskvanın Domodedovo hava limanından havaya qalxan sərnişin təyyarələri partlayaraq dağılıb. Öldürülənlər – 89 nəfər.
2004-cü il sentyabrın 1-də Beslanda (Şimali Osetiya-Alaniya) Ruslan Xuçbarovun (“Rəsul”) başçılıq etdiyi silahlılar 1 saylı məktəbin 1100-dən çox şagirdini, onların qohumlarını və müəllimlərini əsir götürüblər. Öldürülənlər – 334 nəfər.

2022-ci ilin fevralından başlayan işğal... Bura Ukraynadır

Yeri gəlmişkən, 2022-ci ilin fevralından etibarən Rusiya administrasiyası ölkəsində baş verən terror hadisələrini pisləyir, günahkarları cəzalandırır. Məsələn, Rusiya Moskvaya edilən PUA hücumunu, Krım körpüsündə baş vermiş partlayışı, İjevskdəki məktəbə silahlı hücumu, Belqorod vilayətində İl-76 təyyarəsinin qəzaya uğramasını və sair hadisələri terror aktı adlandırdı. Amma Ukraynada heç bir səbəb göstərilmədən hər gün bombalanan şəhər və rayonlarda ölən dinc insanların ölümünü görmür. Bəzən hamının nifrət etdiyi terror da günahsızların intiqam silahına çevrilir.
Dünyada qandan, işğaldan, deportasiya və xarabalıqlardan qidalanan toplumlar var. Məsələn, ermənilər kimi! Harda yaşasalar, haraya yerləşsələr ora bir QAN salmaq onların genetik hobbisidir. Ermənilər xaric,  dünyanın hec bir dinc sakini terroru dəstəkləməz, hətta nifrət edər.... Amma bəzən bu şərtlər dəyişə bilir. Çünki doğması gözü qarşısında öldürülən insanın psixologiyası ancaq qisasa çalışır. Uzun sözün qisası, terrora məruz qalmamaq üçün isə terror etməmək lazımdır.


Əntiqə Rəşid