10 Mart 2023 12:14
217
DÜNYA

«JUKOV» FİLMİ , PUTİN VƏ ERMƏNİLƏR 

Rusiya kanallarının birində marşal Georgi Jukov haqqında çox maraqlı bir film göstərilirdi. Filmdə qəhrəmanlardan biri də Anastas Mikoyan idi. O, əvvəlcə Beriyanı Xruşşova satır, sonra Xruşşovu Brejnevə satır və Brejnevin bəxtindən onu satmağa Mikoyanın ömrü çatmadı.

Ümumiyyətlə, tarixi vərəqləyəndə görürsən ki, Mikoyan Lenini Stalinə satıb, Stalini Beriyaya, Beriyanı Xruşşova, Xruşşovu da Brejnevə. Yəni bütün ömrü boyu dostlarını sata-sata gedib.

Rusiyanın prezidenti Vladimir Putin mənim fikrimcə, tarixi yaxşı oxuyub, Anastas Mikoyanı da yaxşı tanıyır. Yəni ermənilərin necə satqın olmağı haqqında məlumatlıdır. Və görür ki, bu gün də Ermənistan Putini satmaqla məşğuldur, üzünü çevirib Qərbə. Və hətta Qərbin jandarmasını müşahidəçi sifəti ilə Nikol Paşinyan buraxıb Ermənistana.

Amma çox qəribədir ki, bütün bunları bilə-bilə Putin erməni əsilli Lavrova və erməni əsilli Mişustinə hələ də güvənir.