Zəngəzur dəhlizi yeni bağlantı layihəsidir - Prezident
Azərbaycan Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarına səfəri zamanı bu ölkənin “Fox News” telekanalına müsahibə verib. Telekanalın saytında dövlət başçısının müsahibəsində səsləndirdiyi bəzi fikirlər əsasında material yayımlanıb.
Adalet.az xəbər verir ki, Prezident İlham Əliyev müsahibəsində deyib: “İstər regionumuzdan olan, istərsə də regionumuzdan kənarda yerləşən istənilən dövlət tərəfindən bugünkü nailiyyətlə bağlı hər hansı bir mənfi fikir bildirilməsi çox çətin olar. Çünki bu gün biz sülh istiqamətində yekun addımı atdıq”.
Materialda vurğulanıb ki, Azərbaycan Prezidenti Zəngəzur dəhlizi (TRIPP) ilə bağlı əldə edilmiş razılaşmanın heç kimə qarşı olmadığını deyib. Bildirib ki, bu yeni bağlantı layihəsidir və beynəlxalq nəqliyyat marşrutlarının mühüm hissələrindən biri olacaq.
Prezident İlham Əliyev müsahibəsində ABŞ Prezidenti Donald Tramp və onun komandasına razılaşmanın əldə olunmasındakı roluna görə minnətdarlığını da ifadə edib.
Dövlət başçısı, həmçinin Rusiya ilə münasibətlərdən və 2024-cü ilin dekabrında “Azərbaycan Hava Yolları”nın 8243 saylı təyyarəsinin vurulmasından danışıb. Qeyd edib ki, Azərbaycan bunun qəsdən hücum olduğunu düşünmür. “Biz, sadəcə, bunu etiraf etməyi, həmin cinayəti törədənləri cəzalandırmağı və tam təzminat ödənilməsini tələb etdik”, - Prezident İlham Əliyev əlavə edib.
Digər Xəbərlər
26 Iyun 2026 18:07
Gücü olan qaydanı qoyur - Səxavət Məmməd yazır
26 Iyun 2026 17:30
Türkiyəli deputat AŞPA-da Azərbaycanı müdafiə etdi
26 Iyun 2026 17:16
Türkiyə səfirliyi Azərbaycan Ordusunu təbrik edib
26 Iyun 2026 11:41
“Düşmənin bir neçə milyard dollar dəyəri olan hava hücumundan müdafiə sistemlərinin...”
26 Iyun 2026 11:07
“Ordumuz təkcə regionun deyil, dünyanın nüfuzlu orduları sırasında öz layiqli yerini tutdu”
25 Iyun 2026 19:28
Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır - Hikmət Hacıyev
25 Iyun 2026 14:48
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı
25 Iyun 2026 14:11


Bakı -°C

