“Düşmənin bir neçə milyard dollar dəyəri olan hava hücumundan müdafiə sistemlərinin...”
“Azərbaycan Silahlı Qüvvələri Vətən müharibəsində möhtəşəm bir qələbə əldə etdilər və bu qələbə Azərbaycanın hərb tarixinin ən yüksək zirvəsidir. Bu müharibə zamanı Silahlı Qüvvələrimiz dünya hərb elmi üçün bir neçə yeni silahlı mübarizə metodlarının uğurlu tətbiqi ilə yadda qaldı”.
Bunu Adalet.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.
O, bildirib ki, Azərbaycan Silahlı Qüvvələri bu müharibədə kütləvi şəkildə pilotsuz vasitələrdən istifadə etməklə döyüş əməliyyatlar teatrının paradiqmasını kökündən dəyişdi:
“Kəşfiyyat, müşahidə, izləmə və zərbə PUA-larını inteqrasiya edilmiş bir sistem şəklində istifadə edən Azərbaycan Ordusu ilk dəfə döyüş əməliyyatlarında pilotlu və pilotsuz vasitələrin qarşılıqlı əlaqəsini təşkil etməklə düşmənin mühüm əhəmiyyət kəsb edən hərbi obyektlərini sıradan çıxarmaqla bu gün üçün ən inolativ hesab edilən metodlar da tətbiq etdi”.
Hərbi ekspertin sözlərinə görə, düşmənin milyard dollarlıq zirehli vasitələri yalnız Türkiyə istehsalı olan Payraktar TB-2 PUA-ları ilə sıradan çıxarıldı:
“Düşmənin bir neçə milyard dollar dəyəri olan hava hücumundan müdafiə sistemlərinin müharibənin ilk saatlarında təxminən altmış faizi zərərsizləşdirildi. Bütün bunların məhv edilməsində əsas faktor kimi Bayraktar TB-2 və Harop zərbə PUA-larından daha geniş istifadə edildi. Digər tərəfdən əməliyyatlar yüksək intensivliklə davam etdirildi. Uzun illər ərzində işğal olunan Azərbaycan əraziləri cəmisi 44 günlük Vətən müharibəsi zaman və bir günlük antiterror əməliyyatları ilə tamamilə azad edildi”.
Hərbi ekspert deyib ki, qələbənin əldə olunmasında dövlətin bütün strukturlarının koordinasiyalı bir şəkildə vahid bir mərkəzdən idarə olunması mühüm əhəmiyyət kəsb etdi:
“Azərbaycan peykləri, həm xüsusi xidmət orqanları, Silahlı Qüvvələrimiz, güc strukturları və həm də vətəndaş və dövlət strukturları qələbinin əldə olunması üçün böyük səy göstərdilər. Düşmənin bütün logistik imkanları müharibənin ilk günlərindən məhdudlaşdırıldı. İşğalın başa çatması üçün Azərbaycan xalqı tərəfindən Silahlı Qüvvələrimizə və Ali Baş Komandanımıza verilən dəstək qələbənin daha qısamüddətdə əldə olunmasına şərait yaratdı”.
Hərbi ekspert deyib ki, müharibənin başa çatmasına baxmayaraq Azərbaycan sonrakı dövrdə də ordu quruculuğu, potensialının artırılması istiqamətində fəaliyyətlərinə davam etdi:
qoşunları yaradıldı komando birlikləri fəaliyyətə başladılar və onların sayı bu gün də artırılmaqdadır. Azərbaycan öz döyüş potensialını Qafqazda ən üstün səviyyədə saxlamaqla orta güc standartlarına uyğun gəlmək üçün zəruri olan silah və sursatları əldə etməyə davam edir. Biz bu silah və sursatların bir hissəsini zəfərimizin beşinci ildönümünə həsr olunmuş hərbi paradda nümayiş etdirmişik. Bu gün Azərbaycan Ordusunda insansız sistem qoşunları yaradılıb. İstifadəmizdə olan bütün müşahidə kəşfiyyat zərbə tipli və qəza sursat təyinatlı PUA-ların hamısı bu qoşunların tabeliyinə verilib. Nəticə etibarı ilə Azərbaycan ordu quruculuğu sahəsində bu gün hətta bir neçə NATO ölkəsindən də daha üstün vəziyyətdədir”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
26 Iyun 2026 11:07
“Ordumuz təkcə regionun deyil, dünyanın nüfuzlu orduları sırasında öz layiqli yerini tutdu”
25 Iyun 2026 19:28
Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır - Hikmət Hacıyev
25 Iyun 2026 14:48
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı
25 Iyun 2026 14:11


Bakı -°C

