Zakir Həsənov Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunu təbrik edib
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Adalet.az xəbər verir ki, bu barədə məlumat Müdafiə Nazirliyinin rəsmi saytında dərc olunub.
Nazir Azərbaycan Respublikasının müdafiə qüdrətinin artırılması naminə müqəddəs və şərəfli xidmətlərində şəxsi heyətə uğurlar arzulayıb.
"Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə milli ordu quruculuğu müstəqilliyini əldə edən ölkəmizdə tarixi varislik prinsipi əsasında müasir mərhələyə qədəm qoymuşdur. 26 iyun 1918-ci ildə yaradılan Əlahiddə Azərbaycan Korpusu Cümhuriyyət Ordusunun hüquqi bazasını təşkil etmişdir. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 1998-ci il mayın 22-də imzaladığı tarixi Fərmanla 1918-ci ildə Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün - 26 iyun Silahlı Qüvvələr Günü kimi respublikamızda hər il təntənəli şəkildə qeyd olunur.
Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu ordu quruculuğu sahəsində də uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev ölkəmizin müdafiə məsələlərini daima prioritet məsələ hesab etmişdir. Bu istiqamətdə atılan addımlar ölkədə həyata keçirilən islahatların əsas tərkib hissələrindəndir.
Müzəffər Ali Baş Komandanın sərkərdəliyi ilə Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı parlaq qələbə və həyata keçirdiyi uğurlu antiterror əməliyyatı nəticəsində işğalda olan torpaqlarımız azad olunmuşdur. Ötən il Bakı şəhərində keçirilən 8 Noyabr - Zəfər Gününün beşinci ildönümünə həsr olunmuş təntənəli parad ölkəmizin hərbi qüdrətinin gündən-günə artırılmasının nəticəsi və dünyada nümayişidir.
2026-cı ilin "Şəhərsalma və Memarlıq İli" elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin tarixi Sərəncamı işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı yenidənqurma, bərpa və abadlıq işlərinin aparılmasına böyük töhfədir", - deyə o bildirib.
Zakir Həsənov qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə Azərbaycan Ordusunun şəxsi heyəti Vətənin keşiyində ayıq-sayıq dayanaraq genişmiqyaslı bərpa-quruculuq işlərinin ən yüksək səviyyədə həyata keçirilməsinə, Böyük Qayıdışa öz layiqli töhfələrini verir.
"Əminəm ki, Azərbaycan Respublikasının Konstitusiyasına, Hərbi Anda nizamnamələrə daim sadiq qalaraq döyüş və mənəvi-psixoloji hazırlığınızı gücləndirəcək, xidmətinizdə yeni uğurlar əldə etmək üçün səy və bacarıqlarınızı daha da artıracaqsınız.
Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olan Vətən övladlarının xatirəsini dərin hörmət və ehtiramla yad edirik. Şəhidlərimizin ailə üzvləri və sağlamlığını itirən döyüşçülərimiz, müharibə veteranları daima dövlətimiz tərəfindən diqqət mərkəzində saxlanılır. Ali Baş Komandan İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın diqqət və qayğısı sayəsində onların sosial-məişət şəraitinin yaxşılaşdırılması, qayğı və problemlərinin həlli istiqamətində mühüm addımlar atılır. Şəhid hərbi qulluqçularımızın valideynlərini, ailə üzvlərini, Vətən uğrunda sağlamlığını itirən silahdaşlarımızı, əziz veteranları bayram münasibətilə təbrik edir, onlara ən xoş arzularımı çatdırıram", - deyə müdafiə naziri əlavə edib.
Digər Xəbərlər
26 Iyun 2026 10:54
“Hərə öz məzhəbinin baxışını İslam adı ilə sırıyıb xalqı çaşbaş salır...”
26 Iyun 2026 10:27
AZAL təyyarə parkına ilk yeni nəsil “Airbus A321neo”nu əlavə etdi - FOTOLAR
26 Iyun 2026 10:10
Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər başladı - VİDEO
26 Iyun 2026 00:33
Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə paylaşım etdi - FOTO
26 Iyun 2026 00:00
Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 108 il ötür
25 Iyun 2026 23:30
"Eşq olsun qüdrətli Azərbaycan Ordusuna!" - VİDEO
25 Iyun 2026 20:17
Leyla Əliyeva Vatikan Apostol Kitabxanası və Apostol Arxivinin rəhbəri ilə görüşdü - FOTOLAR
25 Iyun 2026 20:13


Bakı -°C

