Juninyo "Qarabağ"a qayıtdı
UEFA Çempionlar Liqasının əsas mərhələsində iştirak etmək hüququ qazanan "Qarabağ" uzun çəkən hücumçu transferini bitirib.
Adalet.az Sportinfo.az-a istinadən xəbər verir ki, Ağdam klubu "Flamenqo"ya satdığı Olavio Juninyonu geri qaytarıb.
Mənbənin sözlərinə görə, tərəflər arasında danışıqlar müsbət nəticə verib.
29 yaşlı forvard yenidən "Qarabağ"ın formasını geyinəcək.
Onun keçidi hətta yaxın saatlarda açıqlana bilər.
2023-cü ilin yayından "köhlən atlar"ın formasını geyinən braziliyalı forvard meydana çıxdığı 81 oyunda 42 qol vurub.
O, Premyer Liqada 48 (23 qol), ölkə kubokunda 6 (5 qol), avrokuboklarda 27 (14 qol) matç keçirib.
Juninyo "Qarabağ"la ölkə çempionu və kubokunun qalibi olub. Hücumçu bu ilin yanvar ayında "Flamenqo"ya beş milyon avroya satılmışdı.
Digər Xəbərlər
14 Aprel 2026 21:00
Yaşıl meydanların ən güclü qolkiperləri bəlli oldu - SİYAHI
14 Aprel 2026 19:35
Güləşçilərimizin Avropa çempionatı üçün heyəti açıqlandı
14 Aprel 2026 11:20
"Qəbələ" Prins Ovusu ilə yeni müqavilə imzaladı
13 Aprel 2026 09:36


Bakı -°C

