Kamalə ABIYEVA: ŞƏHİD ANASI

General Polad Həşimovun anası Səmayə xanımın timsalında bütün şəhid analarına
Başını köksümə qoymaq istərəm,
qorxuram, bilmədən, incidəm səni.
Duyub qəlbimdəki giley-guzarı,
bağışlamayasan qorxuram məni.
Başımı köksünə qoymaq istəsəm,
qorxuram kiçilim, xırdalanım mən.
Duyub qəlbindəki ağrılarını
özüm öz gözümdən düşə bilərəm.
Təsəlli etməyə söz də tapmıram,
dilimdən asılır sözüm utanır.
Baxışım hər yanı dolansa belə
üzünə baxmağa gözüm utanır.
Ayların, illərin,ömrün paralı,
mən o paraları tikə bilmərəm.
Övlad həsrətinə sən hörülmüsən
səni bu həsrətdən sökə bilmərəm.
Önündə yalandan nə söyləyim ki?
bilirəm sağalmaz bala yarası.
Bircə həqiqət var-məğrur duruşun
yaşadır bu yurdu, şəhid anası.
Boynubükük olsan bircə an əgər,
bu doğma torpaq da boynunu bükər.
Gözündən bir damla yaş düşsə belə
Qarabağ özü də göz yaşı tökər.
Ruhu rahat olmaz igidlərimin
sızlasa ürəyin şəhid anası.
Torpağa can verən şəhidlərimin
sızlayar yenə də vətən yarası.
Bu torpaq hamıya ana deyil ki,
namərdin, qorxağın vətəni olmur.
Hər qadın sənin tək igid böyütmür,
hər ana bətnindən şəhid doğulmur.
Ağlama, gözünün yaşını sil sən,
Sənin göz yaşında torpaq boğular,
Ay müqəddəs qadın, sənin bətnindən
oğul doğulmayıb Vətən doğulu
Digər Xəbərlər

“Ağrısız dünya” günü

Cismlər sözlərdə donanda…- Əntiqə Kərimzadə yazır

Sözün zirvəsinə boy verən şair…

Məmməd Araz: "Ayağa dur Azərbaycan" - VİDEO

M. Şəhriyar və M. Araz poeziyasında milli dəyərlərin təbliği - Esmira İsmayılova yazır

Şəfəq Vilayətqızının ŞEİRLƏRİ

“Əli Səmid Kür də istedadının qədrini bilsəydi, canına yazığı gəlsəydi...”
