Kamran Əliyev BPA-nın 30-cu illik konfransında iştirak edib
Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi geniştərkibli nümayəndə heyəti Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) 30-cu illik konfransı və ümumi yığıncağında iştirak məqsədilə Sinqapurda işgüzar səfərdə olub.
Bu barədə Adalet.az-a Baş Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, tədbirdə Baş prokurora ötən il Bakıda Baş Prokurorluğun təşkilatçılığı ilə yüksək səviyyədə keçirilmiş Assosiasiyanın 29-cu Ümumi Yığıncağının uğurlu təşkilinə görə təltifnamə təqdim olunub. Bununla əlaqədar çıxış edən Baş prokuror qeyd edib ki, bu mükafat ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun bariz göstəricisi olmaqla yanaşı, Azərbaycan Prokurorluğunun qlobal miqyasda səmərəli fəaliyyətinə verilən yüksək qiymətin təzahürüdür.
Konfrans zamanı, həmçinin “İqtisadi cinayətlər və aktivlərin bərpası üzrə ixtisaslaşmış şəbəkə” adlı sessiya təşkil olunmuşdur. Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin idarə rəisi İsfəndiyar Hacıyevin moderatorluğu ilə keçirilən sessiyada Azərbaycan Respublikasının Baş prokurorunun müavini Heydər Məmmədov “İqtisadi cinayətlərin araşdırılmasında və aktivlərin qaytarılmasında texnologiya əsaslı yanaşmalar – Azərbaycan təcrübəsi” mövzusunda çıxış edərək, ölkəmizdə maliyyə cinayətlərinin istintaqı, aktivlərin qaytarılması, süni intellekt və müasir texnologiyaların tətbiqi sahəsində əldə edilmiş təcrübə barədə iştirakçıları məlumatlandırıb.
Tədbir çərçivəsində Baş prokuror Böyük Britaniyanın Kral Prokurorluğu Xidmətinin rəhbəri, Səudiyyə Ərəbistanı Krallığı, İsveç Krallığı və Litva Respublikasının Baş prokurorları, eləcə də Malayziya və Braziliya Federativ Respublikasının Baş prokurorlarının müavinləri ilə ikitərəfli görüşlər keçirib.
Görüşlər zamanı qarşılıqlı əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Xüsusilə, cinayət işləri üzrə hüquqi yardım, ekstradisiya, təcrübə və informasiya mübadiləsinin genişləndirilməsi məsələləri diqqət mərkəzində olub, tərəflər beynəlxalq cinayətkarlığa qarşı mübarizədə qarşılıqlı etimada əsaslanan birgə fəaliyyətlərin əhəmiyyətini vurğulayaraq, əməkdaşlıq haqqında Memorandumun imzalanması imkanlarını da müzakirə ediblər.
Bununla yanaşı, qarşılıqlı maraq doğuran bəzi konket cinayət işlərinin istintaqı ilə bağlı məsələlər ətrafında da fikir mübadiləsi baş tutub.
Tədbirdə, həmçinin, ölkəmizin İndoneziya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Ramil Rzayev də iştirak edib.
Digər Xəbərlər
13 Aprel 2026 16:54
Kamran Əliyev Çində rəsmi səfərdədir
13 Aprel 2026 12:00
“Macarıstanda güclü seçki institutu var və əhali ona etimad göstərir”
13 Aprel 2026 11:13
“ABŞ İranın ideoloji siyasi sistemini nəinki qorumaqda hətta daha da radikallaşdırmaqda...”
13 Aprel 2026 10:48
“Karapetyanın hakimiyyətə gəlişi yaxşı heç nə vəd etmir...” – Politoloq
13 Aprel 2026 10:23
“Bu, Vaşinqtonun Çin qarşısında strateji zəifləməsinə gətirib çıxarır”
12 Aprel 2026 16:30
Azərbaycanın İrandakı səfirliyi fəaliyyətini bərpa etdi
11 Aprel 2026 15:00
Hikmət Hacıyev Ermənistan nümayəndələri ilə görüşdü - FOTOLAR
11 Aprel 2026 12:04


Bakı -°C

