Kanada məktəbində 215 uşaq cəsədinin qalıqları tapılıb
Kanadanın Kamlups şəhərində yerli xalqların assimilyasiyası üçün nəzərdə tutulmuş keçmiş internat-məktəbin ərazisində 215 uşağa aid olan cəsədlərin qalıqları aşkar olunub.
Bu barədə BBC məlumat yayıb.
Yerli hindu icmasının rəhbəri Roza Kazimirin sözlərinə görə, qalıqlar itkin düşmüş və ölümü sənədləşdirilməmiş uşaqlara aiddir. Onlardan bəziləri 3 yaşında olub.
Cəsədlərin qalıqları georadar vasitəsilə tapılıb. Hazırda uşaqların ölüm səbəbləri araşdırılır.
Kanadanın Baş naziri Castin Tryudo hadisəni ölkə tarixinin qaranlıq və rüsvayçı səhifəsi adlandırıb.
Qeyd olunub ki, məktəb 1890-1978-cu illər ərzində fəaliyyət göstərib.
Digər Xəbərlər
03 May 2024 21:34
Zelenski hərbçilərə xəbərdarlıq etdi: Hazır olun!
03 May 2024 21:31Sudan prezidentinin oğlu Türkiyədə öldü
03 May 2024 21:29Ermənistanda Azərbaycan Silahlı Qüvvələri ilə bağlı cinayət işinə xitam verildi
03 May 2024 21:02Putinin 40 milyardlıq meqalayihəsi: Tapşırıq verildi
03 May 2024 16:26