Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi - FOTOLAR
Bakcell Fəvvarələr Meydanında yeni brend kimliyinə uyğun innovativ mağazasını təqdim edib.
Adalet.az xəbər verir ki, mayın 3-dən etibarən faəliyyətə başlayan mağazanın açılışında Bakcell-in süni intellekt dəstəkli insanabənzər robotu Ardi iştirak edib.
Yenilənmiş mağaza üstün xidmət mərkəzi olmaqla birgə müasir müştəri yanaşmasını sərgiləyən "high-tech" təcrübə məkanıdır. Belə ki, mağaza müştərilərə yüksək keyfiyyətli xidmətlərlə yanaşı, oyun həvəskarları üçün VR zona, yeni nəsil texnologiya aləti Apple Vision Pro və rəqəmsallaşdırılmış monitorlar da təqdim edir.
Müştərilər “Bakcell”in növbəti həftələrdə təqdim edəcəyi yeni məhsullarla yerində tanış ola və onları birbaşa mağazadan əldə edə bilərlər. Hacı Zeynalabdin Tağıyev küçəsi 19 (Fəvvarələr Meydanı) ünvanında yerləşən yenilənmiş mağaza həftəiçi 9:00-dan 20:00-a, həftəsonu 10:00-dan 18:00-dək fasiləsiz fəaliyyət göstərir.
Qeyd edək ki, “Bakcell”in yeni təqdim olunmuş brend strategiyası gələcəyə hədəflənərək Azərbaycan üçün innovativ xidmətlər təqdim etməkdir.
Digər Xəbərlər
17 Sentyabr 2026 07:59
“ChatGPT”yə oğlunu öldürmək istədiyini yazdı - Həbs edildi
15 Sentyabr 2026 10:55
“Bakcell”dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
15 Sentyabr 2026 10:21
Süni intellekt həqiqətən bu qədər təhlükəli gücə çatıb?
14 Sentyabr 2026 09:17
Süni intellekt şirkətlərindən etiraf: Nəzarəti itiririk
09 Sentyabr 2026 06:39
“WhatsApp” bu telefonlarda artıq işləməyəcək
08 Sentyabr 2026 11:25
“Bakcell” “Peerstack Academy” tələbələri üçün hakaton keçirdi - FOTOLAR
08 Sentyabr 2026 07:02
Süni intellekt bu peşəni sərt şəkildə vurdu: 40 min gənc bir gecədə işsiz qaldı
04 Sentyabr 2026 11:12


Bakı -°C

