Kardinal Corc Kuvakad Şəkiyə səfər edib
İyunun 17-də Azərbaycanda səfərdə olan Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq Dikasteriyasının Prefekti, Kardinal Corc Kuvakad Şəki şəhərində olub. Ali qonağı Azərbaycanın Müqəddəs Taxt-Tacdakı Fövqəladə və Səlahiyyətli Səfiri İlqar Muxtarov və Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini, müfti Hacı Salman Musayev müşayiət ediblər.
Səfər çərşivəsində Şəki Xan Sarayı, Kiş kəndində yerləşən Alban kilsəsini və digər tarixi-memarlıq abidələrini ziyarət olunub. Ali qonağa Şəkinin qədim tarixi, memarlıq inciləri, eləcə də bölgə rast gəlinən xristian irsinə aid olan artefaktlar barədə geniş məlumat verilib. Kardinal Kuvakad bu günə qədər qorunub saxlanılan xristian abidələrinin Azərbaycanda əsrlərdən bəri mövcud olan tolerantlığın bariz nümunəsi olduğunu deyib. Sonda Kardinal Kuvakada Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov tərəfindən rəmzi hədiyyələr təqdim olunub. İyunun 18-də nümayəndə heyəti Qəbələ şəhərinə səfər edəcək.
Qeyd edək ki, iyunun 16-da Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq Dikasteriyasının Prefekti, Kardinal Corc Kuvakad Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadənin dəvəti ilə Azərbaycana səfərə gəlib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kardinal Kuvakad arasında ikitərəfli görüş keçirilib. Azərbaycan-Vatikan münbasibətləri müzakirə olunub.
Digər Xəbərlər
18 Iyul 2026 17:24
Çimərlikdə maşın sürənləri hansı cəza gözləyir? - VİDEO
18 Iyul 2026 10:17
“Bakıda “Rus evi” bərpa edilsin” kimi təkliflərə cavabımız mənfi olmalıdır...”
18 Iyul 2026 09:05
Zəlzələ qurbanlarının sayı 5 mini ötdü
17 Iyul 2026 18:14
Azərbaycanda 5 ölkənin iştirakı ilə hərbi təlim keçiriləcək - FOTOLAR
17 Iyul 2026 18:00
AQTA rəsmisi heyvan daşıması ilə bağlı məsələyə aydınlıq gətirdi
17 Iyul 2026 17:38
Dövlət Xidməti daha bir beynəlxalq mükafata layiq görülüb
17 Iyul 2026 15:44
DYP Tərtərdə ər-arvadın öldüyü yol qəzası barədə məlumat yaydı
17 Iyul 2026 13:41


Bakı -°C

