Karlson: "Bayden Rusiya ilə nüvə müharibəsinə hazırlaşırdı"

Amerikalı jurnalist Taker Karlson iddia edir ki, ABŞ-ın eks- prezidenti Co Baydenin administrasiyası Moskvanın nüvə təhlükəsiylə bağlı hesabatlarını inkar edərərək, Kiyevə Rusiyanın ərazilərinə zərbələr endirilməsi üçün raketlər verib.
Jurnalistin sözlərinə görə, Pentaqon müharibənin ortasında hesablama apararaq bu qənaətə gəlmişdi ki, əgər Ukraynaya Rusiyanın ərazilərinə zərbələr endirilməsi üçün uzaqməsafəli silahlar göndərərsə, nüvə müharibəsinin başlanması ehtimalı 50 faizə çata bilər.
"Lakin biz, Kiyevə bu silahları verdik. Ağlı başında olan heç kim bunu etməzdi"- deyə Karlson X sosisl şənəkəsində bildirib.
Söhbət Ukraynaya verilən və nüvə başlıqları daşımaq imkanları olan, britaniya istehsalı Storm Shadow və ABŞ istehsalı ATACMS raketlərindən gedir.
Təbii ki, bu risklər nüvə müharibəsinin başlamasına səbəb ola bilərdi. Amerikan jurnalist Bayden administrasiyasının bu hərəkətini ağılsızlıq və dəlilik kimi qiymətləndirib.
Rüstəm Hacıyev
Digər Xəbərlər

ABŞ Suriyadakı üç bazasını bağlayacaq

Ukrayna və ABŞ mineral ehtiyatlarla bağlı memorandum imzaladı

Çavuşoğlunun atası vəfat etdi

ABŞ-də universitetdə atışma zamanı 5 nəfər ölüb, xəsarət alanlar var - YENİLƏNİB

Ərdoğan: Türkiyə terrora tamamilə son qoymaq mərhələsinə çatıb

NATO XİN başçılarının Türkiyədə qeyri-rəsmi görüşü keçiriləcək

Rusiyada "Taliban"ın fəaliyyətinə qoyulan qadağa götürüldü
