18 Aprel 2025 09:23
211
GÜNDƏM

Hikmət Hacıyev Füzuli aeroportundan paylaşım etdi -VİDEO

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda akkreditə olunmuş diplomatik korpusla birlikdə Qarabağa səfər edib.

Adalet.az xəbər verir ki, H.Hacıyev bununla bağlı "X" hesabında paylaşım edib. Paylaşımda deyilir:

"Bakıda akkreditə olunmuş diplomatik korpusla birlikdə Füzuli hava limanına endik. Şuşa və Xankəndiyə doğru yol alırıq. Xankəndidə Qarabağ Universitetini və tələbələri ziyarət edəcəyik. Qarabağ və Şərqi Zəngəzurun münaqişədən sonrakı yenidən qurulması və transformasiyası təsirlidir!".