Qənirə Ataşova və övladları ölümlə təhdid edildi
ABŞ-də yaşayan jurnalist Qənirə Ataşova özü və övladlarının təhdid olunduğunu deyir.
Adalet.az xəbər verir ki, bu barədə sosial şəbəkə hesabında yazan Q.Ataşova Vüsal Həsənov adlı şəxs tərəfindən həyatına ciddi təhlükə yarandığını iddia edir.
“Keçmiş MTN rəhbəri Eldar Mahmudovun əlaltısı olmuş, müxtəlif qadınları və kişiləri şəxsi görüntülərlə şantaj etdiyi bilinən Vüsal Həsənov bu günlərdə mənim və övladlarımın həyatına ciddi təhlükə yaradıb. Yaxın keçmişdə ailəm haqqında sosial şəbəkələrdə yayılan təhqiramiz videoların müəllifi məhz Vüsal Həsənov olub.
Vüsal Həsənovun həyat yoldaşı – diplomu olmayan, lakin özünü həkim kimi təqdim edən Gül Əliyeva Gəncədə Gülbəniz adlı gənc bir qızda cərrahi əməliyyat apararaq onun ölümünə səbəb olub. Bu hadisə ilə bağlı Gülbənizin ailəsi ilə VMR klinikası arasında razılaşma əldə edilsə də, mən bu məsələyə məhz həkimlik ixtisası olmayan bir şəxsin qanunsuz cərrahiyyə əməliyyatı aparması baxımından diqqət çəkmişdim. Bu məsələni ictimailəşdirdiyim üçün Gülbənizin atası Eldəniz, Vüsal Həsənovun təhriki ilə bir neçə dəfə məni təhdid edib”, - deyə jurnalist qeyd edib.
Onun sözlərinə görə, uzun fasilədən sonra ötən gün V.Həsənov birbaşa Q.Ataşovaya və övladı Fərhada zəng edərək onu və qardaşını öldürəcəyini bildirib: “Telefon danışığında özünü Moskvada yaşayan iş adamı kimi təqdim edərək qanuni oğrularla bağı olduğunu xatırladaraq “adam tutmuşam, hər ikinizi öldürəcəyəm” sözlərini açıq şəkildə işlədib. Bu açıq təhdidlər mənim və övladlarımın həyatı üçün ciddi təhlükədir. Övladım ABŞ vətəndaşıdır və o bu gün rəsmi şəkildə bu təhdidlərlə bağlı Amerika hökumətinə də müraciət edəcək”.
Neftçilərin hüquqlarının müdafiə komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı da paylaşıma reaksiya verərək əlavə edib ki, onun övladları da adıçəkilən şəxs tərəfindən təhdid ediliblər. Onun sözlərinə görə, əlində Vüsal Həsənovun övladlarına təhqir, hədə-qorxu gələn videosu da var.
Q.Ataşova Azərbaycanın aidiyyəti dövlət qurumlarına müraciət edərək bu məsələnin araşdırılmasını xahiş edib.
Digər Xəbərlər
19 Dekabr 2025 17:45
Səhiyyə Nazirliyində tibb mütəxəssisləri ilə görüş keçirildi - FOTO
19 Dekabr 2025 16:53
Qan banklarının siyahısında dəyişiklik edildi
19 Dekabr 2025 16:46
Dövlət qəzetləri üçün alınacaq kağızın norması müəyyənləşdi
19 Dekabr 2025 16:42
Baş nazir Daxili İşlər Nazirliyi ilə bağlı QƏRAR İMZALADI
19 Dekabr 2025 15:33
"Kəlbəcərdəki Tunel və Bəylik bağı hadisələri hərbi cinayətlərdir" - Arayik
19 Dekabr 2025 13:39
Azərbaycanda elektron siqaretlərin istifadəsi qadağan edilir
19 Dekabr 2025 13:30
"Ailə institutunun məhv edilməsi 21-ci əsrin ən böyük müharibəsidir" - Komitə sədri
19 Dekabr 2025 13:27


Bakı -°C

