FHN silsilə maarifləndirmə tədbirləri keçirdi

Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib.
Adalet.az xəbər verir ki, FHN-in Dövlət Yanğın Nəzarəti, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin mütəxəssislərinin də iştirakı ilə Sumqayıt Regional Mərkəzi tərəfindən Abşeron rayonu Saray qəsəbə 19 saylı uşaq bağçasında, Qarabağ Regional Mərkəzi tərəfindən Beyləqan rayonu II Aşıqlı kənd tam orta məktəbində, Cənub Regional Mərkəzi tərəfindən Lerik şəhəri A.Nuriyev adına 1 nömrəli texniki fənlər təmayüllü məktəb-liseyində, Şimal-qərb Regional Mərkəzi tərəfindən Şamaxı rayonu Avaxlı kənd və A.Qəhrəmanov adına Nağaraxana kənd tam orta məktəblərində, Gəncə Regional Mərkəzi tərəfindən Göygöl rayonu L.Məhərrəmov adına Şəhriyar və Ağstafa rayonu K.Hüseynov adına Xılxına kənd tam orta məktəblərində, Aran Regional Mərkəzi tərəfindən Kürdəmir şəhər S.Paşayev adına 6 nömrəli tam orta məktəbində maarifləndirmə tədbirləri keçirilib.
Tədbirlərin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub.
Tədbirlərdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğınların başvermə səbəbləri və bu zaman zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub, sularda təhlükəsizliklə bağlı məsələlər diqqətə çatdırılıb və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.
İnteraktiv formada keçirilən tədbirlər zamanı suallar ətraflı cavablandırılıb.
Digər Xəbərlər

Sabah Bakıya yağış yağacaq

İsmayıllıda qeyri-sabit hava şəraitindən sonra bərpa işləri uğurla davam etdirilir - FOTOLAR

Prezident ailəsi ilə “Sea Breeze”də - FOTOLAR + YENİLƏNİB

Bəzi çaylarda suyun səviyyəsi artıb

Bakı tunelləri niyə su altında qalır? - “Artıq 17 il keçib...” - VİDEO

Sahibsiz itlər "MİDA" Yasamal Yaşayış Kompleksində məskən salıb - VİDEO

Leyla Əliyeva Milli Onkologiya Mərkəzində olub - FOTOLAR
