"Kartdan karta" üsulu ilə işləyən daha 200 sahibkar cəzalandırıldı
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) Bakı şəhərində kartdan-karta köçürülməsinə görə 200 vergi ödəyicisinə maliyyə sanksiyaları tətbiq edib.
Adalet.az xəbər verir ki, DVX pərakəndə ticarət və iaşə obyektlərində nağdsız ödənişlərin POS-terminal deyil, kartdan-karta köçürülməklə həyata keçirilməsi hallarının aradan qaldırılması məqsədilə nəzarət tədbirlərini davam etdirir. Son günlər ərzində Bakı şəhərində keçirilmiş nəzarət tədbirləri zamanı 200-dək belə obyektdə qanun pozuntularına yol verildiyi müəyyənləşdirilib. Qanun pozuntuları protokollaşdırılıb və müvafiq maliyyə sanksiyaları tətbiq olunub.
DVX-dən bildirilir ki, nağdsız ödənişlərin qəbulu yalnız POS-terminal vasitəsilə həyata keçirilməli və bu zaman vətəndaşlara POS-terminalın qəbzi ilə yanaşı nəzarət-kassa aparatının çeki də təqdim olunmalıdır. Mövcud qanunvericiliyə əsasən, istehlakçılara elektron ödəniş etmək imkanının yaradılması vergi ödəyicilərinin birbaşa vəzifələrinə aiddir. Sahibkarlar maliyyə sanksiyalarına məruz qalmamaq üçün nağdsız ödəmələr zamanı POS-terminallardan istifadəni təmin etməlidirlər.
Digər Xəbərlər
24 Yanvar 2026 11:20
Azərbaycan nefti bahalaşdı
23 Yanvar 2026 16:52
Azərbaycanla bu ölkə arasında ikiqat vergitutma aradan qaldırıldı
23 Yanvar 2026 13:50
“Enerji və loqistika sahəsində mövqeyimizin güclənməsi...”
23 Yanvar 2026 12:54
Maliyyə hesabatlarının təqdim edilməsi ilə bağlı yeni qayda
23 Yanvar 2026 12:46
Azərbaycanda sahibkarlıq sahəsində yoxlamalar daha 1 il dayandırılır
23 Yanvar 2026 12:44
"Söhbət artımdan yox, kompensasiyadan gedir" - Əli Məsimli
23 Yanvar 2026 12:38
Azərbaycanda “Palatalar haqqında” Qanun qəbul edilə bilər
22 Yanvar 2026 17:41


Bakı -°C

