Kartofun qiyməti 20 qəpik!
Rayon yerlərində kartofun bir kiloqramı 20 qəpik, xiyar 30 qəpik, alça 30 qəpik, soğan 25 qəpik, göy-göyətinin dəstəsi isə 5-6 qəpikdir. Amma paytaxta gələndə görün hər şeyin qiyməti nə qədər bahalaşır. 3-4 dəfə yox ey, 5-6 dəfə baha qiymətə satılır! İlboyu əziyyət çəkən qəpik-quruş qazanır, ortalıqda olan alverçilər isə milyon qazanır. Göyçaylı fermer deyir ki, mən alçanı həyətdə 50 qəpiyə satmışam. Amma alverçi onu aparıb Bakıda 5 manata satır. Bunu Allah götürür? Onsuz da o alça ağacları mənə lazım deyil, hamısını kəsib doğruyacağam! İlboyu əziyyət çəkirəm, balalırmıın çörək pulunu qazana bilmirəm, kimə lazımdı ey belə təsərrüfat?
Fermer haqlıdır. Gərək dövlət Sovet dönəmində olduğu kimi kooperativ ticarət yarada və həmin adamların məhsulunu heç olamasa orta qiymətə ala, gətirib Bakıda da orta qiymətə sata! Məsələn, Sovet dönəmində kooperativ köşklərdə mösüm vaxtı xiyarın, pomidorun, kartofun 1 kq-ı maksimum 15-20 qəpik olardı. İndi isə adını çəkdiyimiz məhsulların qiymtəi 2 manatdan, 1 manatdan aşağı düşmür, həmin qiymətə olsaydı, fermer də qazanardı, dövlət də, üçtəlik Bakıdakı istehlakçılar da!
EMİL FAİQOĞLU
Digər Xəbərlər
24 Sentyabr 2026 12:14
Hava ilə bağlı - Xəbərdarlıq
24 Sentyabr 2026 00:05
Alyona Əliyeva 3 nömrəli xüsusi təhsil müəssisəsində - FOTOLAR
23 Sentyabr 2026 23:32
Alyona Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqlarla - FOTOLAR
23 Sentyabr 2026 17:15
Xocalı və Xocavənddə kənd yolları yenidən qurulur
23 Sentyabr 2026 04:05
Payız gəldi...
22 Sentyabr 2026 14:24
Azərbaycanda alüminium istehsalı 100 min tona çatdırılmalıdır
22 Sentyabr 2026 12:47
Leyla Əliyevanın təşəbbüsü ilə Bilgəhdə sahilyanı təmizlik aksiyası keçirilib
22 Sentyabr 2026 12:14


Bakı -°C

