adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
09 Iyul 2022 12:17
1271
MƏDƏNİYYƏT

Kaş, Valeri Meladze ömründə bir dəfə bir mahnımızı oxuyaydı... - VİDEO

Əziz oxucular, hazırda ölkənin ən geniş yayılan bir reklamı haqqında sizinlə fikirlərimi bölüşmək istəyirəm. Reklamda gürcü əsilli Rusiyanın tanınmış müğənnisi Valeri Meladzenin 29 sentyabrda, Bakıda keçiriləcəyi ilə bağlıdır.

Oxucularımıza bildirmək istəyirəm ki, Azərbaycan musiqisevərlərinin cibindən milyonlar qazanmaq istəyən xarici ölkə müğənnilərin əvvəlçə şəxsiyyətinə, Azərbaycan çətin sınaqlarda olarkən tutduğu mövqeyə, xalqımıza münasibətini öyrənsin , araşdırsın, sonra konsert həvəsinə düşsün.
Əgər buna ərinirsinizsə, o zaman sizə ünvanlayacağımız bəzi sualları vicdanınızın işığında bir də öz-özünüzə ünvanlayın!

Valeri Meladze hansısa Azərbaycan mahnısını nə vaxtsa ifa edibmi? Google-ni, YouTube-ni boş yerə axtarmayın! Oxumayıb. Ola bilər ki, hansı birinizsə kəmhövsələlik edib soruşdunuz ki, Meladze bizim mahnılardan birini oxumaq məcburiyyətindədirmi? Bəli məcburdur. Çünki bir konsertinə görə, ölkəmizdən milyonlar qazanır. Daha bir səbəb : O zaman deyin, Valeri Meladze Rusiyanın Baş naziri Mixail Mişutslə birlikdə niyə erməni dilində, erməni mahnısı olan “Ov sirun, sirun” mahnısını duet kimi oxudular?

Rusiyadakı varlı və tanınmış ermənilərin toyunda da bu müğənni əsas aparıcılardandı. Ermənistan parlamentinin vitse-spikeri Alen Simonyan “Çiçəklənən Ermənistan” partiyasının lideri Qaqik Tsarukyanın qızı və tanınmış biznesmen Xaçatur Sukiasyanın (xalq arasında “Qrzo” kimi tanınır) oğlunun toy mərasimində Valeri Meladze ilə duet oxuduğu video da peyda olub.


Ötən il İrəvanda olan Meladze Ermənistanın ona çox doğma olduğunu, burada onun qohumlarının əksəriyyətinin yaşadığını söylədi. Qardaşındında burda yaşadığını dayısının və xalasının burda dəfn olunduğunu da vurğuladı. Hətta ermənilərin “kulinariyası”na məxsus “tolma” və “şaşlık”ını sevdiyini də bildirdi. Müxbirlərdən ayrılanda isə “qardaş gürcü və erməni” xalqlarına uğurlar arzuladı

Meladze 2019-cu ildə hətta Kemerovoda konsert verərkən məktəbli Ruben Atabekyanla eyni səhnədə mahnı da ifa edib. Maraqlıdır, rus, gürcü yox məhz erməni ilə əvvəldən planlaşdırılmış bu duet sizcə sıradan bir təsadüfdürmü?

Elə həmin ili uşaq mahnı yarışmasında münsiflər heyəti olan Valeri Meladze mahnı oxuyan “gözəl səsli” uşağa tərəf döndü. Onu bəyəndi. Uşaq özünü təqdim etdi: "Mənim adım Mişa Qriqoryandır. Mən Ermənistandanam, Stepanakertdənəm, 10 yaşım var".

Valeri-"Hazır sənətkar! O, gözəl oxuyur, heyrətamiz görünür, rəqs edir hər şeyə qadirdir! Mənə deyin, Stepanakertdə belə sənətçilər çoxdur?”

Yeri gəlmişkən, erməni mənbələr V.Meladzenin rus estrada ulduzları ilə 2004-cü ildə qondarma “Dağlıq Qarabağ Respublikasının” “müstəqillik günü”nün qeyd edilməsinə həsr olunmuş konsertdə çıxış etməkdə ittiham etdilər. Amma müğənni çıxıb təkzib vermədi.

Kaş ki, dəfələrlə Azərbaycanda konsertlər verən, milyonlar qazanan gürcü əsilli Valeri Meladze 44 günlük müharibə dövründə bircə dəfə dodaqlarını tərpədə biləydi. Azərbaycanı dəstəkləyə bilmirsə, heç olmasa “Haqq qalib gəlsin ” deyəydi.

Axı onun doğma xalqı gürcülər də ermənilərin vəhşiliyindən başı az əziyyətlər çəkməyib.

Əziz oxucularım, kimisə sevəndə arabir, onun sizə olan münasibətinə də baxın... O sizi sevirmi?

Əntiqə Rəşid