Kasıb yatdı, zəngin oyandı - Bir gecədə dəyişən həyat
Kaliforniya ştatının şimal hissəsindəki kənd ərazidə sadə bir səhər gəzintisinə çıxan cütlük dəyərli sərvətin sahibi olublar.
Adalet.az xarici KİV-ə istinadən xəbər verir ki, cütlüyün itləri ağac dibində torpağı qazmağa başlayıb. Onlar ağacın dibindən təsadüfən Amerika tarixinin ən böyük nümizmatik xəzinəsi hesab olunan “Saddle Ridge Hoard”u tapıblar.
Daha sonra ərazidə aparılan qazıntılarda ümumilikdə 8 metal qutu və 1847–1894-cü illərə aid 1 427 qızıl sikkə aşkarlanıb. Sikkələr ilkin baxışda təxminən 27 000 dollar dəyərində olsa da, nadir və əla vəziyyətdə olmaları səbəbindən onların bazar dəyəri 10 milyon dollardan çox qiymətləndirilir. Mütəxəssislər bu sikkələrin yaxşı qorunmasının səbəbinin qutuların hava keçirməməsi və torpağın uyğun şəraitdə olması olduğunu bildiriblər.
Tarixçilər buna dəyərli sərvətləri bankda deyil, torpaqda gizlətmək ənənəsinin 19-cu əsrdə yayılmış bir davranış olduğunu deyirlər. Lakin bu pulun kimə məxsus olduğu və nəyə görə bu şəkildə basdırıldığı hələ də müəmmalı qalır.
ABŞ qanunlarına görə, öz mülklərində tapdıqları xəzinəyə sahib olan cütlük sikkələri mərhələli şəkildə satışa çıxararaq böyük gəlir əldə edib. Gəlirin bir hissəsini muzeylərə bağışlayaraq tarixi əhəmiyyətə malik kolleksiyaların sərgilənməsinə dəstək olublar. /Unikal
Digər Xəbərlər
25 Fevral 2026 19:34
42 milyonluq səhifə bayrağımızı PAYLAŞDI - VİDEO
25 Fevral 2026 14:16
GƏNCƏ XİRNİYİ LAZIMSIZ MEYVƏYƏ ÇEVRİLİB…
25 Fevral 2026 10:43
Pul insanı korlamır...
24 Fevral 2026 09:08
Burda ildə 258 gün yağış yağır - Ən çox yağıntı düşən yerlər
23 Fevral 2026 13:14
Uzun iş saatları məhsuldarlığa mənfi təsir göstərir
23 Fevral 2026 12:19
“Azərsun Holdinq” jurnalistlər üçün süni intellekt mövzusunda təlim təşkil etdi - FOTOLAR
23 Fevral 2026 12:13
60 ildir yatmır - Alimlər şokda
20 Fevral 2026 11:39


Bakı -°C

