Keçmiş məcburi köçkünlər növbəti dəfə maarifləndirildi - FOTO/VİDEO

Mingəçevir şəhərində keçmiş məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı yaşayış kompleksində hüquqi maarifləndirmə və ödənişsiz hüquqi yardım tədbiri təşkil olunub.
Adalet.az xəbər verir ki, “Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Azərbaycan Respublikası Vəkillər Kollegiyası ilə birgə, “Yurdumuza Qayıdırıq” devizi altında keçirdiyi tədbirdə məqsəd keçmiş məcburi köçkünlərin hüquqi biliklərini artırmaq və onların işğaldan azad edilmiş ərazilərə qayıdışla bağlı hüquqi prosedurlar barədə məlumatlandırılması olub.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Hüquq və kadrlar şöbəsinin müdir müavini Mirhüseyn Hüseynov tədbirdə çıxış edərək bildirib ki, keçmiş məcburi köçkünləri reinteqrasiya və yenidənqurma proseslərində fəal iştiraka təşviqində hüquqi maarifləndirmə tədbirlərinin vacib rolu vardır. O, dövlət tərəfindən məcburi köçkünlərin hüquqlarının müdafiəsi istiqamətində görülən tədbirlər barədə də məlumat verib.
Tədbir zamanı vətəndaşlarla fərdi hüquqi konsultasiyalar aparılıb, 100-ə yaxın şəxsin əmlak hüquqları, sosial müdafiə, güzəşt və kompensasiya mexanizmləri ilə bağlı müraciətləri yerində cavablandırılıb.
Hüquqi yardım aksiyasında iştirak edən vəkil Şəlalə Tağıyeva qeyd edib ki, bu təşəbbüs çərçivəsində vəkillər tam könüllü şəkildə fəaliyyət göstərir. O, həmçinin vurğulayıb ki, hüquqi yardım aksiyaları təkcə keçmiş məcburi köçkünlər deyil, şəhid ailələri, qazilər və digər həssas sosial qruplar üçün də mütəmadi olaraq həyata keçirilir.
Digər Xəbərlər

Multikulturalizm Mərkəzinin icraçı direktoru Misirdə beynəlxalq konfransda çıxış edib

İldırım Vəliyevə III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verildi

Bu qaydalar təsdiqləndi

Komitə sədri vətəndaşların müraciətlərini dinlədi

Pakistan Milli Assambleyasının sədri "ASAN xidmət"də

Polis motokuryerlərə nəzarəti gücləndirdi - VİDEO

DTX-dən əməliyyat - Ofis və mənzillərdəki kameralara müdaxilənin qarşısı alındı
