Keçmiş məcburi köçkünlər qeydiyyatda olmadıqları rayonlara köçürülür? - VİDEO
Bakının Nizami rayonunda yerləşən yataqxanada illərdir yaşayan 120-yə yaxın məcburi köçkün ailəsinə binanın söküləcəyi deyilib. Onların isə işğaldan azad edilən torpaqlara köçürüləcəyi bildirilib. Əlində köçün baş tutacağı yerlərin siyahısı ilə gələn nümayəndənin təklifi isə heç də sakinlərin ürəyincə olmayıb.
Adalet.az Xəzər Tv-yə istinadən xəbər verir ki, 30 ildən çoxdur yataqxanada yaşayan keçmiş məcburi köçkünlər işğaldan azad edilən torpaqlara köçürülür.
Lakin qeydiyyatda olduqları bölgələrə yox, siyahı üzrə qeyd olunan ərazilərə köçmələri təklif edilir.
Bu iddialarla paytaxtın Nizami rayonu, Elşən Süleymanov küçəsində yerləşən yataqxananın sakinləri “Xəzər Xəbər”ə müraciət ediblər.
Sakinlər deyirlər ki, onlara yaşadıqları yataqxananın söküləcəyi bildirilib.
Keçmiş məcburi köçkünlər getməyə etiraz etmir, onlar illərdir bu günü gözlədiklərini deyirlər. Lakin öz doğulduqları, yaşadıqları yerə köçmək istəyirlər.
Məsələ ilə bağlı Qaçqınların və Məcburi Köçkünləri İşləri üzrə Dövlət Komitəsindən bildirildi ki, iş günündə məsələ araşdırlacaq və ictimaiyyətə məlumat veriləcək.
Digər Xəbərlər
11 Avqust 2026 22:05
Əcəmi Naxçıvaninin abidəsinin açılışı oldu - FOTOLAR
11 Avqust 2026 22:00
Möminə xatun türbəsində aparılan işlərlə tanışlıq - FOTOLAR
11 Avqust 2026 21:40
“Naxçıvan” Mehmanxana Kompleksinin təməli qoyuldu - FOTO
11 Avqust 2026 21:33
Prezidentlə xanımı komando hərbi hissələrinə Döyüş bayraqlarını verdilər - FOTOLARI + VİDEO
11 Avqust 2026 20:46
Ağdərədə əmək yarmarkası keçirildi
11 Avqust 2026 20:25
Prezident elektrik mühərrikli yeni avtobuslara baxıb - YENİLƏNİB + FOTOLAR
11 Avqust 2026 19:50
İlham Əliyev və Mehriban Əliyeva Ümummilli Liderin abidəsini ziyarət etdilər - FOTOLAR + VİDEO
11 Avqust 2026 19:49


Bakı -°C

