Keçmiş nazirin əsl qazanc yeri məlum oldu: Otel...
2020 –ci ilin noyabrında Ermənistanın baş naziri Nikol Paşinyan, Xarici İşlər naziri Zöhrab Mnatsakanyanı vəzifəsindən azad etdi. Çünki, erməni mətbuatında xarici işlər naziri Zöhrab Mnatsakanyanın istefa verməsi məlumatı verildi. Buna görə də Ermənistan baş naziri Nikol Paşinyan Zöhrab Mnatsakanyanın istefasını qəbul etdi.
Elə o vaxtdan politoloq olaraq ölkənin ictimai-siyasi hadisələri ilə bağlı mediaya açıqlama və proqnozlar verməyə başladı. Amma məlum olub ki, Mnatsakanyanın “çörək” gətirən əsas işi bu deyil.
Adalet.az erməni mediasına istinadən xəbər verir ki, Ermənistanın keçmiş xarici işlər naziri Zöhrab Mnatsakanyan özünə yeni iş tapıb.
Məlumata görə, Mnatsakanyan Baş nazir Nikol Paşinyanın doğulduğu Enokavan şəhərində “Apaqa Resort” otelində direktor vəzifəsində çalışır. Məlumatı keçmiş nazirin yaxınları təsdiqləyiblər.
Qeyd edək ki, son günlər Zöhrab Mnatsakanyan “Twitter” səhifəsində KTMT-nin sonuncu sammiti nəticə vermədi:” Çünki o (KTMT – red) mənasız təşkilatdır.
Kollektivin çıxışı məsuliyyətdən yayınmaq məqsədi daşıyan boş qərar idi” sözləri ilə gündəm olmuşdu.
Əntiqə Rəşid.
Digər Xəbərlər
16 Sentyabr 2026 16:14
"İranla müharibə ABŞ-yə baha başa gəlir"
16 Sentyabr 2026 16:10
Kosovonun eks-liderinə 25 il həbs cəzası verildi
16 Sentyabr 2026 15:22
Amerikalılar İranla münaqişə fonunda 107 milyard dollar yanacaq alıblar
16 Sentyabr 2026 14:47


Bakı -°C

