Kəlbəcərə qayıdışın sevinci… - VİDEO
Mərhum kəlbəcərli şair Sücaətin məcburi köçkünlüyün ilk illərində yazdığı misralar bu gün necə də yerinə düşür: “Bir gün gülə-gülə qayıdacaqdır, ağlaya-ağlaya köçən Kəlbəcər!” Dağlar qoynunda dövlətimizin gücü ilə ən müasir üslubda yenidən tikilən bu şəhər otuz üç illik ayrılıqdan sonra öz sakinlərinin növbəti qrupunu qarşılayır. Onların sevinci, qüruru ölçüyəgəlməzdir…
Adalet.az Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə hazırlanan videoçarxı təqdim edir.
Videomaterial Bakıdan yola salınan Kəlbəcər sakinlərinin doğma şəhərlərinə çatdığı anları əks etdirir…
Digər Xəbərlər
08 Sentyabr 2026 11:14
Sakinləri hər gün kabab tüstüsünə tutan "Valentino" restoranından şikayət - VİDEO
08 Sentyabr 2026 07:39
“Uşaqlar hamısı xəstəlik tutub, dərdimizə əlac edən yoxdur” - VİDEO
07 Sentyabr 2026 13:44
“Qala Qəbələ”də nöqsanlar aşkarlandı - VİDEO
07 Sentyabr 2026 12:12


Bakı -°C

