Kələm yükündən narkotik aşkarlandı
Biləsuvar Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində külli miqdarda narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.
Bu barədə Adalet.az-a Dövlət Gömrük Komitəsindən bildirilib.
Qeyd edilib ki, ölkəmizdən tranzit keçməklə İrandan Gürcüstana “kələm” yükü aparan nəqliyyat vasitəsi kinoloji xidmət itinin tətbiqi ilə gömrük yoxlamasına cəlb edilib və xidməti it qoşqudakı 13 kisəyə reaksiya verib.
Əsaslı yoxlama zamanı həmin kisələrdə fiziki görünüşcə “kələm” formasına salınaraq gömrük nəzarətindən gizlədilmiş, qablaşdırılmaları ilə birlikdə ümumi çəkisi 19 kiloqram 475 qram narkotik vasitə - marixuana aşkar edilib.
Digər Xəbərlər
13 Yanvar 2026 13:52
Yetkinlik yaşına çatmayanları cinayətə sövq edənlər həbs olundular - VİDEO
13 Yanvar 2026 12:37
Bakının mərkəzində əməliyyat - ANBAAN VİDEO
12 Yanvar 2026 12:49
Ölkəyə qanunsuz qızıl külçələr gətirmək istədilər
11 Yanvar 2026 16:05


Bakı -°C

