Qarabağı tərk edən ermənilər Ermənistan vətəndaşlığı almalıdır - Paşinyan
Bizim üçün vacib məsələlərdən biri Qarabağı tərk edən ermənilərin emosiyalarından sui-istifadə edilməməsidir.
Adalet.az xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa parlamentində çıxışı zamanı deyib.
Paşinyanın sözlərinə görə, Qarabağı tərk edən ermənilər Ermənistan vətəndaşlığını almalı və daimi olaraq Ermənistan Respublikasında yaşamalıdır: “Biz artıq onların məskunlaşması proqramını başlamışıq və bu proqram 4 886 ailəyə fayda gətirib. Bu məsələnin həllində sülhün möhkəmləndirilməsi üçün beynəlxalq tərəfdaşlarımızdan maksimum dəstəyə ehtiyacımız var”.
Paşinyan qeyd edib ki, Ermənistan və Azərbaycan arasında sülh gündəlik qayğı tələb edir.
“Ermənistan və Azərbaycan arasında sülh təmin olunub, amma o gündəlik qayğı tələb edir, əks halda illərlə sabit qalmış regionların bir neçə gün içində gözümüzün önündə müharibənin girdabına düşdüyü kimi o çox sürətlə dağılacaq”, - o bildirib.
Paşinyan, həmçinin Ermənistan və Azərbaycan arasında təmin olunmuş sülhün mükəmməl olmaması ilə bağlı ölkə hakimiyyətinə qarşı səsləndirilən tənqidlərə də toxunub.
“Bizi tənqid edirlər ki, Ermənistan və Azərbaycan arasında təmin olunmuş sülh ideal deyil. Xahiş edirəm, deyin görək, harada ideal sülh var, harada ideal sülh olub və nə vaxt mövcud olub? Əksinə, məhz sülhə can atmaq onu mümkün qədər mükəmmələ yaxın edə bilər”, — Nikol Paşinyan əlavə edib./APA
Digər Xəbərlər
17 Aprel 2026 21:45
Üç liderin səmimi FOTOLARI
17 Aprel 2026 20:37
İlham Əliyevlə Ərdoğanın görüşü keçirilib - FOTOLAR
17 Aprel 2026 20:10
Cənubi Qafqazda real sülh mövcuddur - Prezidentin köməkçisi
17 Aprel 2026 19:46
Ermənistandan Azərbaycana bəzi məhsulların ixracı gözlənilir - Kostanyan
17 Aprel 2026 19:26
Prezident və xanımı Antalyada Forumun açılışında iştirak etdilər - YENİLƏNİB + FOTOLAR
17 Aprel 2026 19:17
Sülh üçün təşəbbüslər yalnız kağız üzərində qalmamalıdır - Hikmət Hacıyev
17 Aprel 2026 19:12
Sahibə Qafarova Belçika Senatının sədri ilə görüşdü
17 Aprel 2026 17:58


Bakı -°C

