“Əgər İslamabadda ikinci görüş və danışıqlar da uğursuz nəticələnərsə”
“28 fevralda başlayan ABŞ-İsrail müharibəsi qlobal iqtisadiyyatda xeyli stress yaradıb. İran Hörmüz boğazından mal və neft axınını dayandırdığı üçün ölkələrin bir çoxu enerji şoku ilə üzləşib. İran müharibə zamanı xeyli canlı itki verib, hərbi və mülki obyektləri dağıdılıb, bir çox Körfəz ölkəsi də mülki müəssisələrinə, enerji və digər iqtisadi infrastrukturlara hücumlara məruz qalıb”.
Adalet.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Politoloqun sözlərinə görə, 7 aprel 2026-cı il tarixində atəşkəs və sonrakı sülh danışıqları Fars körfəzində davamlı sülhə ümidlər yaratdı:
“Atəşkəsin əsas təşəbbüskarlarından biri Çin idi. Ancaq ABŞ Çini rəqib hesab etdiyindən, Pekinin rəsmi vasitəçilik və ya yardımçı roluna razılaşmadı. Hindistan ABŞ ilə yaxşı münasibətlərə malik olsa da, iki ölkə arasında ticarətdə xeyli gərginlik olub. Son bir ildə Tramp administrasiyasının bəzi yüksək vəzifəli şəxsləri Hindistana qarşı istifadə edilən sərt ritorika münasibətlərə mənfi təsir edib. Buna görə də, Hindistanın hazırkı İran müharibəsində birinci seçim vasitəçisi olması ehtimalı az idi. Halbuki, Hörmüz boğazındakı gərgin vəziyyət Çinlə yanaşı Hindistanın da iqtisadi maraqlarına mənfi təsir edir. Doğrudur, Hindistan tankerləri Hörmüz boğazından keçidə görə İrana rüsum ödəməyiblər. Bu barədə İranın Yeni Dehlidəki səfirinin açıqlaması var. Ancaq ABŞ Hörmüz boğazını mühasirədə saxlamaqda davam edərsə, Hindistanın İrandan neft alması çətinləşəcək. ABŞ buna imkan verməyəcək. Bu arada, Hindistan bayrağı altında üzən 15 gəmi gəmi Fars körfəzində ilişib qalıb. Hindistanın xam neft və sıxılmış qazının təxminən yarısı isə Hörmüz boğazından keçir”.
O, bildirib ki, Pakistan hökuməti ABŞ və İran nümayəndələrinin növbəti görüşünü də İslamabadda keçirmək istəyir:
“Ancaq bunun üçün Tehran Hörmüz boğazına nəzarət etməyəcəyinə dair Vaşinqtona mesaj göndərməlidir. İran bu nəzarətdən imtina etməlidir ki, ABŞ da boğazdan çıxan gəminlərin yoxlanılmasına son qoysun. Əgər İslamabadda ikinci görüş və danışıqlar da uğursuz nəticələnərsə, bu müharibənin yenidən alovlanmasına gətirib çıxaracaq. Bütün hallarda İslabamaddakı son danışıqlar gözlənilən nəticəni verməsə də, sülh prosesini irəlilətməyə ehtiyac var. Avropa İttifaqı da vəziyyətin sabitləşməsini səbirsizliklə gözləyir. Çünki Hörmüz boğazı ətrafındakı gərginlik Avropa ölkələrinin iqtisadiyyatlarına da mənfi təsir edir. Hörmüz boğazı ətrafındakı gərginlik Körfəz ölkələrinin enerji resurslarını alternativ yollarla dünya bazarlarına daşınmasına vadar edəcək. Misal üçün Körfəz ölkələri boru xətlərinin tikintisi barədə düşünə bilərlər. Ancaq bu xətlərin tikintisinə uzun illər sərf olunacağından müharibədən əvvəlki gəlirlər əldə edə bilməyəcəklər”.
E.Şahinoğlu deyib ki, Azərbaycan nümunəsi göstərir ki, neft və qaz resurslarının dünya bazarlarına çatdırılmasında şaxələndirilmə mühüm əhəmiyyət kəsb edir:
“Azərbaycan 1994-cü ildə “əsrin müqaviləsini” imzaladıqdan qısa müddət sonra neftin dünya bazarlarına daşınması məqsədilə 3 boru xəttinə malik idi. Birində problem yarananda, digər xətdən istifadə etmək mümkündür. İran və Körfəz ölkələri neftin bazarlara alternativ çatdırılma xətlərinə malik deyillər”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
17 May 2026 21:11
"WUF13 Prezident İlham Əliyevin ideya və həll yollarını dinləmək üçün yaxşı imkandır" - Vuçiç
17 May 2026 21:00
Mirziyoyev Azərbaycana gəldi - FOTO
17 May 2026 19:31
Qırğızıstan Prezidenti Azərbaycana gəldi
17 May 2026 19:00
İlham Əliyev Vuçiçlə görüşdü - YENİLƏNİB + FOTOLAR
17 May 2026 18:20
"Azərbaycanla ticarət dövriyyəmiz bugünkü səviyyədən beş dəfə çox olmalıdır" - Vuçiç
17 May 2026 18:10
Prezident BƏƏ-li naziri qəbul etdi - FOTOLAR
17 May 2026 17:46
Mavriki Prezidenti Azərbaycana gəldi - FOTO
17 May 2026 17:39


Bakı -°C

