“Kəpəz”in futbolçusu bıçaqlandı - Vəziyyəti ağırdır - YENİLƏNİB
Fevralın 3-ü saat 05:10 radələrində 2002-ci il təvəllüdlü şəxs Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə Adalet.az-a Gəncə Şəhər Birləşmiş Xəstəxanasından məlumat verilib.
Bildirilir ki, ona döş qəfəsinn arxa divarının açıq yarası diaqnozu təyin olunub.
"Hazırda müalicəsi xəstəxananın Cərrahiyyə şöbəsində davam etdirilir, vəziyyəti orta ağırdır", məlumatda vurğulanıb.
Qeyd edək ki, dünən Gəncədə "Kəpəz" futbol klubunun futbolçusu Veysəl Rzayev bıçaqlanıb.
***
Gəncədə bıçaqlanma hadisəsi baş verib.
Adalet.az xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
Belə ki, Bakı şəhər sakini, 2002-ci il təvəllüdlü Veysəl Rzayev kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib.
Bıçaqlanan şəxs “Kəpəz” futbol klubunun futbolçusudur.
“Kəpəz”in Mətbuat xidmətindən verilən açıqlamada futbolçunun vəziyyətinin ağır olduğu bildirilib:
“Bəli, futbolçumuz Veysəl Rzayev bıçaqlanıb. Amma hadisənin səbəbi bəlli deyil. Hələ ki bu barədə məlumat yoxdur. Futbolçumuzun vəziyyəti ağırdır, amma həyati təhlükəsi yoxdur”.
Faktla bağlı araşdırma aparılır.
Digər Xəbərlər
03 Fevral 2026 10:43
Cinayətdə şübhəli bilinən 43 nəfər saxlanıldı
03 Fevral 2026 09:32
DTX Rusiya-Ukrayna müharibəsində iştirak edən daha 4 nəfəri həbs etdi
02 Fevral 2026 19:51
Xalq artistinin oğlunun döyülməsinə görə daha 2 şəxs SAXLANILDI
02 Fevral 2026 19:33
"Velizar" həbs edildi
02 Fevral 2026 10:39
İtkin kimi axtarılan 10 nəfər tapılıb
02 Fevral 2026 09:54
Yeniyetmənin əmisi tərəfindən öldürülməsi ilə bağlı rəsmi məlumat
31 Yanvar 2026 13:18
Goranboyda qazi anasını öldürdü, arvadını bıçaqladı - YENİLƏNİB
31 Yanvar 2026 13:07


Bakı -°C

