Kərim Abbasov: “Onunla haqq- hesabım axirətə qalsın”
Müğənni Kərim Abbasov keçmiş həyat yoldaşı, hazırda məhbus həyatı yaşayan Təranə Səmədova haqqında çox ağır iddihamlarla danışıb.
Adalet.az xəbər verir ki, müğənni məhbus prodüsseri heç vaxt bağışlamayacağını söyləyib:
“Heç vaxt onu bağışlamaram, heç vaxt. O mənə çox pis zərbələr endirib. Mən isə yalnız Allaha sığınıb, onun mənə möhtac olmasını Allahdan istəmişəm.
Onun iki balası var. Allah ikisini də xoşbəxt etsin, övadlarıyla heç bir işim yoxdur. Amma özü ilə haqq-hesabım axirətə qalsın.
Mənim ondan övladım yoxdur. Əgər mənim ondan övladım olsaydı, o uşaq Təranənin yox, mənim yanımda olardı. Özü də indi yox, doğulduğu gündən öz yanımda olardı”.
Qeyd edək ki, bir müddət öncə Kərim Abbasov keçmiş həyat yoldaşı Təranə Səmədovanı həbsxanada ziyarət etmişdi. Həmin görüntülər sosial şəbəkələrdə yayımlanmışdır.
Əntiqə
Digər Xəbərlər
15 Mart 2026 08:58
"İndi şou-biznesdə at oynadırlar" - Elnarə Xəlilova - VİDE
12 Mart 2026 12:16
Hüseyn Məhəmmədoğlu: “Efirlər sizsiz gözəlləşir”
12 Mart 2026 12:15
Rahidə Baxışova: “Təxminən 18 ilə yaxın limon qabığı yedim”
12 Mart 2026 11:37


Bakı -°C

