“100 min ayırıb kanatı öz qaynına çəkdirdin, camaatın balası öldü” - VİDEO
Müğənni Niyam Salami açıqlamaları ilə diqqət çəkib.
Adalet.az xəbər verir ki, müğənni sosial şəbəkə hesabında etdiyi videopaylaşımda əməkdaşlıq etdiyi restoranda haqsızlığa məruz qaldığını iddia edib.
O, bir neçə gün əvvəl iki nəfərin ölümü ilə nəticələnən kanat qəzasının baş verdiyi “Şəki yaylası” istirahət mərkəzinin sahibinin Novxanıda yerləşən restoranında çalışdığını və işdən ayrıldıqdan sonra müxtəlif problemlərlə üzləşdiyini bildirib: “3 ildir mənə nə zülmlər, nə əzablar verildi. Nə efirdə, nə dost yanında danışa bildim. Doğrudan da, səbir sözü Allahın adıymış. Səbir etdim və səbrimlə görün nələr qazandım...
Ad çəkməyəcəyəm, Novxanı tərəfdə bir obyektdə işləyirdim. Oranın müdiriyyətinin mənim başıma gətirdiyi oyunlardan indi danışa bilirəm, çünki əvvəllər evdə belə danışa bilmirdim.
Mən orada bir il müqavilə ilə işlədim. İkinci il qərar verdim ki, oradan ayrılım. Çünki hər dəfə üstümə adam göndərib faizi artırırdı. Ad günümdə guya mənə ev hədiyyə etdi. Daha sonra məlum oldu ki, bütün sənədlər saxta imiş. Mən işdən ayrılandan sonra bütün borclu olduğu və əməkdaşlıq etdiyi şirkətləri mənim üstümə göndərdi. Saxta adam saxta işlərlə məşğul olurdu.
“Şəki yaylası”nda kanat açdı. Orada adamların başına oyun açılır. Kanatı da bu işin peşəkarı olan insanlar çəkməlidir. Kanatı öz qaynına çəkdirdin, ona 100 min ayırdın, hərə cibinə 10, 20 min qoydu, ona görə o cür kanat çəkildi. Camaatın balası orada şikəst oldu. Eşitmişəm ki, orada iki nəfər insan ölüb. Çünki nə kanata baxan var, nə təhlükəsizliyə nəzarət edən var, nə də insanların təhlükəsizliyini düşünən. Pul gözünüzü o qədər örtüb ki, hər şeyi pulla həll etməyə çalışırsınız”.
Digər Xəbərlər
08 Oktyabr 2026 19:27
Məşhur müğənninin qızı 14-cü mərtəbədən yıxılaraq öldü
08 Oktyabr 2026 15:30
Rövşanə Ağasəfqızının yeni işi bəlli oldu
07 Oktyabr 2026 14:50
Aqşin Fatehə ağır itki üz verdi
07 Oktyabr 2026 13:10
Aparıcı: “Tamaşaçı üçün o zaman maraqlı olursan ki…”
07 Oktyabr 2026 11:50
Aşıq Zülfiyyə: “Adi zarafata görə pis sözlər yazırlar”
07 Oktyabr 2026 11:22
Şəbnəm Tovuzlu: “Zəhmətkeş olmağım hər kəsə bəllidir”
07 Oktyabr 2026 07:44
Bir neçə gün əvvəl gözəllik kraliçası seçilmişdi - Faciəvi şəkildə öldü
06 Oktyabr 2026 21:01


Bakı -°C

