Kiberdələduzluq hallarının artması müşahidə olunur - DİN
Bayram günlərində kiberdələduzluq hallarının artması müşahidə olunur.
Bu barədə Adalet.az0a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, "WhatsApp", "Telegram" və digər sosial media platformaları vasitəsilə edilən zənglər, saxta kredit və kampaniya təklifləri adı altında bank müştərilərinin kart və şəxsi məlumatlarını ələ keçirməyə yönəlmiş cəhdlər var.
Daxili İşlər Nazirliyi bir daha diqqətə çatdırır ki, heç bir bank və ya dövlət qurumu telefon, mesaj və ya sosial şəbəkə üzərindən kart nömrəsi, CVV/CVC kodu və ya birdəfəlik SMS şifrəsi (OTP) tələb etmir. Bu məlumatların ötürülməsi bank hesabından vəsaitin oğurlanmasına səbəb olur.
Şübhəli zəng, mesaj və ya linklərlə qarşılaşan vətəndaşlar dərhal əlaqəni kəsməli və bu barədə 102 xidmətinə, həmçinin xidmət göstərən banka məlumat verməlidirlər.
Hər bir bank kartı istifadəçisi diqqətli olmalı, kart məlumatlarını və təsdiq şifrələrini naməlum şəxslərə təqdim etməməlidir.
Diqqətli olun, bir zəng maliyyə hesabınızı təhlükə altına qoya bilər.
Digər Xəbərlər
24 Yanvar 2026 18:29
Ağcabədidə hesabat yığıncağı keçirildi
24 Yanvar 2026 10:53
"Yolların buz bağlama ehtimalı var" - DYP-dən xəbərdarlıq
24 Yanvar 2026 10:17
Sabiq deputata yeni vəzifə verildi
23 Yanvar 2026 18:55
Arzu Əliyeva təşəkkür etdi
23 Yanvar 2026 17:41
Audiovizual media subyektlərinin sayı açıqlandı
23 Yanvar 2026 17:17
Leyla Əliyeva bacısını təbrik etdi - FOTO
23 Yanvar 2026 17:11
Hərbi Prokurorluqda ilin yekunlarına dair kollegiya iclası keçirildi
23 Yanvar 2026 17:04


Bakı -°C

