Kiberpolis “telegram”da azyaşlılara aid pornoqrafik videolar satanları saxladı - VİDEO
Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları “teleqram” sosial şəbəkəsində fəaliyyət göstərən anonim kanallarda azyaşlılara məxsus pornoqrafik məzmunlu videomaterialların yayılması və onlayn yolla satılması hallarına qarşı əməliyyatlar keçirib. Tədbir zamanı həmin kanalların adminləri - şərti adları Arif Muradov və Fərid Süleymanov olan iki nəfər kiberpolis tərəfindən saxlanılıb.
Adalet.az-ın məlumatına görə, araşdırma zamanı məlum olub ki, saxlanılanlar “telegram” sosial şəbəkəsində kanallar yaradaraq, həmin profillərdə azyaşlıların iştirakı ilə çəkilmiş videomaterialların paylaşılmasını və onlayn satışını həyata keçiriblər.
Saxlanılan şəxslər pornoqrafik videoları satarkən müxtəlif insanların adına olan bank kartlarından istifadə ediblər. Onlar kartlarda toplanan pul vəsaitlərini sonradan nağdlaşdırıblar. Aşkar olunan faktlarla bağlı araşdırmalar davam etdirilir.
Bir daha sosial şəbəkə istifadəçilərinin nəzərinə çatdırırıq ki, azyaşlıların iştirakı ilə qeydə alınan və cəmiyyətdə mövcud olan etik-davranış qaydalarına zidd hərəkətləri özündə əks etdirən videogörüntülərin yayımı və satışı cinayət məsuliyyəti yaradır.
Bu məzmunlu videoların yayımı və satışına qarşı əməliyyat-texniki tədbirlər davam etdirilir
Digər Xəbərlər
08 Dekabr 2025 16:07
Ana həbsdə olan oğluna telefon keçirmək istədi
08 Dekabr 2025 12:42
İrandan Azərbaycana narkotik keçirmək istədilər - FOTOLAR
08 Dekabr 2025 10:15
Cinayətdə şübhəli bilinən 36 nəfər saxlanıldı
07 Dekabr 2025 16:42
Xəzər dənizindən qanunsuz qum-çınqıl daşıyan şəxslər saxlanıldı
06 Dekabr 2025 20:20
Məhkəmə Tulin Ələkbərova ilə bağlı həbs qərarı verdi
06 Dekabr 2025 12:36
Külli miqdarda dərmanın ölkəyə gətirilməsinin qarşısı alındı
05 Dekabr 2025 16:11
DİN və AQTA birgə tədbir keçirdi - 1 tondan artıq yararsız at əti aşkar olundu - VİDEO
05 Dekabr 2025 10:04


Bakı -°C

