24 Avqust 2024 09:08
177
DÜNYA

KİV: ABŞ Rusiyaya nəzarət etmək üçün Avropaya kəşfiyyat təyyarəsi göndərib

ABŞ Rusiyanın fəaliyyətini izləmək üçün Avropaya RC-135U kəşfiyyat təyyarəsi yerləşdirib.

Adalet.az xəbər verir ki, bu barədə “Newsweek” jurnalı məlumat yayıb.

Qeyd olunur ki, təyyarə Offutt Hərbi Hava Qüvvələri bazasından havaya qalxaraq avqustun 18-də Böyük Britaniyanın Mildenhall Hərbi Hava Qüvvələri bazasına çatıb, avqustun 20-də isə təyyarə Rusiya ilə sərhədə yaxın Baltikyanı ölkələr üzərində 6 saat uçuş edib.

RC-135U kəşfiyyat təyyarəsi strateji elektron kəşfiyyat, radio ələ keçirmə, düşmənin quru, dəniz və hava qüvvələrinin fəaliyyətinin monitorinqi üçün nəzərdə tutulub.

RC-135U-nun Avropada nə qədər qalacağı məlum deyil.